Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb

"Ötən il fevralın 24-də işğalçı Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra cəbhə xəttində xeyli dəyişikliklər baş verib".

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynanın Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O, qeyd edib ki, Liman və Svyatoqorsk şəhərləri işğal edilməmişdən əvvəl Donetsk vilayətinin ərazisinin 50%-dən çoxu işğal altında idi: "Hazırda məhz bu 2 şəhərin hesabına vilayətin ərazisinin 52%-i düşməndən geri alınıb. Düşmən Baxmut şəhərini ələ keçirmək üçün böyük səy göstərir, amma buna nail ola bilmir. Düşmən hazırda bu şəhəri ələ keçirməyə, həmçinin daxil olduğu Soledar şəhəri istiqamətində hücuma keçməyə çalışır. Humanitar vəziyyət tam nəzarət altındadır. Vətəndaşlar ərzaq məhsulları, gigiyena vasitələri ilə təmin edilir. Vilayətdə komendant saatı qüvvədədir. Ordu komandanlığının və vilayət rəhbərliyinin sərəncamına əsasən vilayət ərazisində spirtli və yüngül spirtli içkilərin satışı qadağandır. Başqa vilayətlərdə spirtli içkilərin alınıb vilayət ərazisinə gətirilməsinə gəlincə, bununla sistemli şəkildə mübarizə aparılır. Cəbhə xəttinə gəlincə, ən qaynar nöqtələr Baxmut, Ovdeyevskaya istiqamətləri, həmçinin Uqledar tərəfdən Novopavlovskaya istiqamətidir. Hasırda Uqledar ətrafında vəziyyət sabitdir. Düşmənin cəhdləri hər gün onlara yüzlərlə itki hesabına başa gəlir. Ukrayna ali komandanlığı - Ali Baş Komandan, dövlət başçısı Volodimir Zelenski və Silahlı Qüvvələrin komandanı Valeri Zalujnı əsas vəzifənin minimum itki ilə maksimum nəticə əldə etmək olduğunu başa düşürlər. Bu baxımdan biz düşməndən tamamilə fərqlənirik. Biz ölənlərinizin cəsədləri üzərində hərəkət etmək və torpaqlarımızın bir qarışını da vermək niyyətində deyilik".
Kirilenko vurğulayıb ki, Ukrayna ərazisinə genişmiqyaslı hücum başladıqdan sonra Donetsk vilayətinə hücum səngiməyib:

"Məsələ, hücumların nə dərəcədə effektiv olmasındadır. Düşmən may, iyun aylarında Donetsk vilayətini, Slavyansk və Kramotorsku işğal etməyi qarşıya məqsəd qoymuşdu, sonra bunu payızadək təxirə saldılar. Hazırda hərbçilərimizin rəşadəti sayəsində biz Donets-Luqansk cəbhəsində müdafiəni təmin etməyə, hətta bəzi istiqamətlərdə əks-hücuma keçməyə nail oluruq. Düşməndən hər bir təxribat, hücum əməliyyatları gözləmək olar. Mübarizəmizi daha effektiv aparmaq və bu azadlıq müharibəsinə nöqtə qoymaq üçün əvvələr olduğu kimi bundan sonra da Qərb tərəfdaşlarımıza - əsas tərəfdaşımız olan ABŞ-a, həmçinin Böyük Britaniyaya, Aİ ölkələrinə müraciət etməkdə davam edəcəyik. Bu müharibə yalnız bir formada - Ukrayna ərazisinin tamamilə azad edilməsi ilə tamamlana bilər" -, deyə Kirilenko əlavə edib.

pia.az 


Etiket: Ukrayna


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar