Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hökuməti səfərbərliklə bağlı qanun layihəsini beynəlxalq standartlara uyğun hesab etməyib

Ukrayna Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi səfərbərliklə bağlı qanun layihəsinə parlamentin Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsi tərəfindən baxılıb...

Qanun layihəsinin bəzi müddəalarının Ukrayna Konstitusiyanın normalarına, insan haqları ilə bağlı beynəlxalq standartlara uyğun olmadığı müəyyən edilib.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezidentinin xüsusi nümayəndəsi, Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin Dövlət Təhlükəsizliyi və Müdafiə Alt Komitəsinin sədri Fyodor Venislavskiy bildirib.

Ötən gün Ukraynanın müdafiə naziri Rustem Umerov yeni qanun layihəsinin hazır olduğunu bildirib. Qeyd edib ki, əsas məsələlərdən biri sosial ədalətin təmin olunmasıdır: “Hərbi mükəlləfiyyətli Ukrayna vətəndaşlarının böyük bir hissəsi Ukraynanı tərk ediblər. Onlar həmçinin konsulluqda hərbi xidmət üçün qeydiyyatdan keçməlidirlər. Bu, artıq mövcud qanunvericilikdə nəzərdə tutulub”.

R.Umerov deyib ki, onlar öz məlumatlarını yeniləməlidirlər: “Gələcəkdə biz də mövcud qanunvericiliyə uyğun qərarlar verəcəyik. Xaricdən çağırış yaşına çatan bütün Ukrayna vətəndaşlarının geri qayıtmasını təmin etmək əlbəttə ki, asan olmayacaq. Amma buna baxmayaraq, biz çalışırıq ki, bu vətəndaşlar öz vətənlərini müdafiə etmək öhdəliyini yerinə yetirsinlər”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Ən çox oxunanalar