Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Uitkoff: Prezident Əliyev dövlətçilik liderliyinin nümunəsidir...

Trampın xüsusi nümayəndəsi: Əliyev ordusunun gücündən istifadə edərək öz torpaqlarını azad etdi...

Poliqon xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Azərbaycan prezidenti İlham Əliyevi “dövlətçilik liderliyinin parlaq nümunəsi” adlandırıb. O, bu barədə ABŞ administrasiyasının Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətindəki səylərini şərh edərkən danışıb.

“Prezident Əliyevin çox daha güclü ordusu var və o, fürsətdən istifadə edərək öz torpaqlarını işğaldan azad ediərək geri qaytardı”, deyə Uitkoff bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu, liderlik baxımından həm prinsipial, həm də uzaqgörən qərar idi.

ABŞ rəsmisi qeyd edib ki, 8 avqustda Oval kabinetdə keçirilən görüş zamanı Donald Tramp Azərbaycan prezidentinə “Niyə dayandınız? Qələbə qazandınız, böyük ordunuz var” sualı ilə müraciət edib. İlham Əliyev isə buna cavab olaraq deyib: “Bizdən alınanı geri qaytardım. Daha artığına ehtiyac yoxdur”.

Uitkoff vurğulayıb ki, bu cavab “heyrətamiz bir qərarın” göstəricisidir və prezident Əliyevin rasional, balanslı və məsuliyyətli yanaşmasını əks etdirir. O əlavə edib ki, məhz belə qərarlar regionda sülhün və sabitliyin bərpası üçün əsas şərtdir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay