Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UEFA Avropa Liqasında finalçılar bəlli olur

Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq...

Bu gün UEFA Avropa Liqasında finalçılar bəlli olacaq.

"Report"un məlumatına görə, yarımfinalın cavab oyunlarından sonra həlledici görüşə vəsiqə qazanan komandalar müəyyənləşəcək.

İlk oyunda İtaliyada "Yuventus"la 1:1 hesablı heç-heçəyə razılaşan "Sevilya" bu dəfə rəqibini İspaniyada qəbul edəcək. "Ramon Sançes Pisxuan" stadionunda oynanılacaq qarşılaşmanın baş hakimi niderlandlı Denni Makkeli olacaq.

Yarımfinalın digər cavab oyunda isə İtaliya "Roma"sı Almaniyada "Bayer"lə qarşılaşacaq. Matçı "Bay Arena"dakı görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Komandalar arasında ilk dueli "canavarlar" qazanıb - 1:0.

UEFA Avropa Liqası
Yarımfinal, cavab oyunları
18 may

23:00. "Sevilya" (İspaniya) - "Yuventus" (İtaliya)
Baş hakim: Denni Makkeli (Niderland)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu
İlk oyun - 1:1

23:00. "Bayer" (Almaniya) - "Roma" (İtaliya)
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Leverkuzen, "Bay Arena"
İlk oyun - 0:1

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 31-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar