Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə prezident seçkilərində iştirak edəcək azərbaycanlı kimdir?

Türkiyədə prezident seçkilərində iştirak etməyə qanuni əsasları olan şəxslərin siyahısı yayımlanıb.

Sağ bloka daxil olan Zəfər Partiyası, Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyasının daxil olduğu siyasi koalisiya - “ATA İttifaqı” seçkilərdə Sinan Oğanın Türkiyə prezidentliyinə namizədliyini irəli sürüb.

Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır bölgəsindən Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.

O, Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.

S.Oğan 2011-ci ildə Azərbaycan Respublikası Prezidentİlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb.

Qeyd edək ki, siyahıda Davut Turan, Doğu Perinçek, Erkan Trükten, Halil Murat Ünver, Hilmi Özden, İrfan Uzun, Məhəmməd Əli Fatih Erbakan, Muharrem İnce, Sinan Oğan, Tevfik Ahmet Özal və Yakup Türkalın adları var. Martın 27-dək namizədlərin hər biri yekun təsdiqlənmə üçün 100 min seçici imzası olan protokolları Ali Seçki Şurasına təqdim etməlidir.

Xatırladaq ki, martın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd kimi qeydə alınmaq üçün Ali Seçki Şurasına rəsmi müraciət edib.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-də keçiriləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar