Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə Şikəstlərin Dərnəyinin sədri: “Bu seçkilərdə qalib gələcəyimizə inanırıq”

Türkiyədə şikəstlərin haqlarını müdafiə edən QHT-nin rəhbəri millət vəkilliyinə namizədliyini irəli sürüb...

Poliqon xəbər verir ki, 12 milyon şikəstin haqlarını müdafiə edən Türkiyə Şikəstlərin Dərnəyinin sədri Şükrü Boyraz mayın 14-də keçiriləcək parlament seçkisində ana müxalifət partiyası CXP-dən millət vəkilliyinə namizədliyini irəli sürüb.

Şükrü Boyraz millət vəkilliyinə namizədliyini 12 milyon şikəstin haqlarını parlamentdə müdafiə etmək üçün irəli sürdüyünü bildirib.

”Ana müxalifət partiyası olaraq əsas hədəfimiz həminşə hakimiyyətə gəlmək olub. Bu seçkilərdə qalib gələcəyimizə inanırıq. 6 fevraldakı dəhşətli zəlzələdən sonra ölkəmizdəki şikəstlərin sayının daha da artacağını gözləyirik.

İqtidara gəlməyimiz halında şikəstlərin problemlərini daha asan həll edəcəyimizə hamı inansın. Bizim əsas məqsədimiz dövlətin şikəstlərə göstərdiyi maddi yardımların daha da artması və sosial haqlardan cəmiyyətin bütün təbəqələrinin faydalanmasıdır. 40 ildən bəri bu işlərlə məşğulam. Parlament üzvü olarsam siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün şikəstlərin problemlərinin həll edilməsi üçün gecə-gündüz çalışacam”, deyə Poliqon-a verdiyi açıqlamada Şükrü Boyraz deyib.

1960-cı ildə yaranmış Türkiyə Şikəstlər DərnəyininTürkiyənin 70 vilayətində şöbəsi var. İndiyə qədər Türkiyədə şikəstlərin bir çox probleminin həllinə nail olan Dərnək,öz təcrübəsini dünyanın müxtəlif ölkələrindəki QHT-lərlə paylaşıb.

Qeyd edək ki, Dərnəyin başqanı Şükrü Boyraz ana müxalifət partiyası CHP-nin sıralarından millət vəkilliyinə namizədliyini İstanbulun üçüncü bölgəsindən irəli sürüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar