Cümə axşamı, 09 Fevral 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Turan qətlindən bir neçə dəqiqə əvvəl qalib gəlibmiş...

Noyabrın 26-da saat 17 radələrində Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksində qətl törədən 2002-ci il təvəllüdlü Ruslan Səfixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib...

PİA.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovu yarış vaxtı tribunada bıçaqlayaraq öldürən R.Səfixanovun atası, əməkdar məşqçi Elçin Səfixanov Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində çalışır. O, mülki işçi kimi həmin cəmiyyətdə fəaliyyət göstərir.

Bildirilir ki, hadisədən əvvəl T.Rüstəmov tatamiyə çıxıb və görüşünü qələbə ilə başa çatdırıb. Bundan sonra Ruslan Səfixanovun təmsil etdiyi komandanın idmançıları ilə onun arasında mübahisə baş verib. Bir qədər keçdikdən sonra isə belinə bıçaq qoymuş Ruslan Turanın oturduğu yerə yaxınlaşıb və ona zərbələr endirib. Çoxsaylı bıçaq xəsarətləri alan T.Rüstəmov vəfat edib. O, ötən gün Yevlax rayonunda dəfn edilib.

Fotoda: Ruslan Səfixanov

Qeyd edək ki, hadisə “Arifoğlu” cüdo klubunun təşkil etdiyi yarış zamanı baş verib.

Baş verən qətl sosial şəbəkələrdə ciddi müzakirələrə yol açıb. Qeyd edilib ki, bu hadisə bir neçə dəqiqənin içində yaranmış mübahisənin nəticəsinə oxşamır. Müzakirələrə qoşulan hüquqşünaslar bildiriblər ki, Cinayət Məcəlləsinin 120-ci maddəsi (Qəsdən adam öldürmə) ilə təqsirləndirilən şəxsin maddəsinin 120.2.2-ciyə (Xuliqanlıq niyyətilə adam öldürmə) dəyişdirilməsi istisna edilmir. Belə ki, hadisədə ağırlaşdırıcı hallar var. Bu maddə üzrə təqsirləndirilən şəxsi 14 ildən 20 ilədək həbs cəzası gözləyir.

Fotoda: Turan Rüstəmov

pia.az

 





Etiket: cüdo qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Çirkli köpək sürüsü” - Charlie Hebdo jurnalı redaksiyasının heyvaniliyi...

Səfir Türkiyənin ikinci əl paltarlarla bağlı qadağasının səbəbini açıqlayıb

Baydenin həyat yoldaşının Konqres zalında öpüşməsi amerikalıları heyrətə gətirib

Zəlzələ Türkiyədə seçkiyə necə təsir edəcək?..

Rusiya-Ukrayna müharibəsində Putinin həlledici səhvi nə olub?

Ərdoğan zəlzələ bölgəsinə gedib, axtarış-xilasetmə işlərinin gedişatı ilə tanış olub - Yenilənib

Türkiyədə növbəti zəlzələ baş verdi - Yenilənib

Azərbaycan Baş prokurorunun və onun müavinin səlahiyyəti artırılır

Ofisə basqın edən polis rəisinin qardaşı barədə qərar verildi

Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - Yenilənib

“Moskva Arutunyan və Vardanyana təlimatlar verdi” - Hafiz Hacıyev

Ən çox oxunanalar