Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trass Baş nazirlikdən getməsinin səbəbini açıqlayıb

Liz Trass Britaniyanın baş naziri postundan getməsini ölkənin iqtisadi vəziyyəti ilə izah edib…

PİA.az xəbər verir ki, Reuters Agentliyinin məlumatına görə, Britaniyanın keçmiş baş naziri Liz Trass ölkə iqtisadiyyatının inkişafı ilə bağlı planının uğursuzluğu səbəbindən istefa verdiyini bildirib. Trass həmçinin siyasi dəstəyin olmamasından şikayətlənib və buna görə də onun bütün təşəbbüsləri lazımi diqqət və inkişafa nail ola biilməyib.

“Mən baş verənlərə görə günahsız olduğumu iddia etmirəm, amma əslində heç bir siyasi dəstəyi olmayan bir baş nazi idim. Britaniyanın çox güclü iqtisadi elitası öz islahatlarımı həyata keçirmək çün mənə real şans vermədi. Proqramıma sistemdən müqavimət gözləsəm də, onun miqyasını az qiymətləndirdim”, deyə Liz Trass Reuters-ə bildiribş

Siyasətçinin fikrincə, ölkənin mühafizəkar iqtisadi sistemi sadəcə olaraq onun planlarının həyata keçirilməsinə imkan vermirdi.

“Seçki kampaniyam zamanı dediyim kimi, iqtisadi artıma nail olmaq istəyirdim. Ancaq bu, Maliyyə Nazirliyinin və ya daha geniş ortodoksal iqtisadi ekosistemin instinktiv fikirlərinə uyğun gəlmirdi”, deyə Trass o zamankı vəziyəti izah etdi.

Xatırladaq ki, Liz Trass 20 oktyabr 2022-ci ildə Böyük Britaniyanın baş naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Həmin ay onu Rişi Sunak əvəz edib. Liz Trass Britaniyanın Baş naziri olaraq, bu vəzifədə işləmək üçün antirekord vurub.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar