Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Ukraynaya uzaqmənzilli raketlərdən istifadə icazəsi verməyə hazırlaşır

Senator Lindsi Qrem bildirib ki, bu addım Rusiyaya daha ciddi zərbə vurmaq məqsədi daşıyır...

Poliqon xəbər verir ki, ABŞ senatoru Lindsi Qrem "All Israel News" nəşrinə müsahibəsində Prezident Donald Trampın Ukraynaya Rusiyaya qarşı uzaqmənzilli raketlərdən istifadə üçün mövcud məhdudiyyətləri aradan qaldırmağa hazırlaşdığını açıqlayıb. Senatorun sözlərinə görə, bu addım Ukrayna Silahlı Qüvvələrinin müdafiədən hücuma keçməsi və Rusiya ordusuna daha ağır zərbələr endirməsi üçün vacibdir.

Qrem vurğulayıb ki, yaxın vaxtlarda Alyaskada keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin müəyyən güzəştlərə getməyə razılıq verib. O, bu güzəştlərin “əhəmiyyətli, lakin hələ açıqlanmayan” məqamlar olduğunu qeyd edib. Senatorun sözlərinə görə, Moskva yalnız təzyiq qarşısında güzəştə getməyə hazırdır və buna görə də Vaşinqtonun siyasəti daha sərt olmalıdır.

Senator əlavə edib ki, gələn ay ABŞ Konqresinə Rusiyanın “terrorizmə sponsorluq edən dövlət” kimi tanınması barədə qanun layihəsi təqdim edəcək. Qremin sözlərinə görə, bu təşəbbüs Rusiyaya qarşı həm siyasi, həm də iqtisadi təzyiqləri artıracaq və Ukraynaya daha geniş beynəlxalq dəstək qazandıracaq.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay