Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp FTB direktoru Kaş Pateli vəzifədən uzaqlaşdıra bilər

MSNBC: Ağ Evdə Patellə bağlı narazılıqlar var və yeni namizədlər müzakirə olunur…

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yaxın aylarda Federal Təhqiqat Bürosunun direktoru Kaş Pateli vəzifədən uzaqlaşdıra bilər. Bu barədə MSNBC telekanalı administrasiyaya yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Tramp və onun yaxın komandası Patelin son vaxtlar mətbuatda çıxan tənqidi materiallara səbəb olan davranışlarından narazıdır. Xüsusilə onun FTB resurslarından şəxsi məqsədlər üçün istifadə etməsi, sevgilisinə təhlükəsizlik xidməti ayrılması, eləcə də xidməti təyyarədən şəxsi səfərlər üçün istifadə etməsi administrasiyada ciddi narahatlıq doğurub. Bundan başqa, Patelin prezidentə yaxın bəzi fiqurlarla gərgin münasibətləri də vəziyyəti ağırlaşdıran amillər kimi göstərilir.

MSNBC-nin məlumatına görə, Patelin yerinə mümkün namizəd kimi FTB-nin yüksək rütbəli rəsmisi Endryu Beyli nəzərdən keçirilir. Hazırda məsələ rəsmi qərar mərhələsində olmasa da, bu istiqamətdə daxili müzakirələrin getdiyi bildirilir.

Ağ Ev isə yayılan iddiaları yumşaltmağa çalışıb. Administrasiya sözçüsü Abigeyl Cekson bildirib ki, FTB direktoru Patel prezidentin komandasının əsas üzvüdür və büroya olan etimadı bərpa etmək üçün yorulmadan çalışır. Buna baxmayaraq, ekspertlər Ağ Ev daxilində Patelin mövqeyinin zəiflədiyini düşünür.

Müşahidəçilər qeyd edirlər ki, Patelin mümkün istefası həm FTB daxilində, həm də Tramp administrasiyasında güc balansına təsir göstərə bilər. Trampın ikinci müddətində təhlükəsizlik və hüquq-mühafizə strukturlarının yenidən formalaşdırılması fonunda bu addım daha geniş dəyişikliklərin başlanğıcı kimi dəyərləndirilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay