Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp ABŞ-yə dərman, yük maşını və mebel idxalına yeni tariflər tətbiq edir

100%-lik dərman tarifləri və 25%-lik yük maşını vergiləri 1 oktyabrdan qüvvəyə minəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yeni tarif paketi elan edib. Paketə əsasən, brend dərman məhsullarına 100%, böyük yük maşınlarına 25% tarif tətbiq olunacaq. Bu tədbirlər 1 oktyabrdan qüvvəyə minəcək.

Tramp hansı ölkələrdən idxal olunan məhsulların tariflərə tabe olacağını açıqlamayıb və bunun ABŞ-la ticarət sazişi olan dövlətlərə aid olub-olmadığı barədə məlumat verməyib.

Bundan əlavə, ABŞ-da mətbəx dolabları və vanna otağı mebellərinə 50%, yumşaq mebellərə isə 30% tarif tətbiq olunacaq. Xəbər Asiyada dərman şirkətlərinin səhmlərinin kəskin ucuzlaşmasına səbəb olub; Çin mebel istehsalçıları indeksi 1,1% azalıb.

Reuters-in ekspertlərə istinadən yazdığına görə, yüksək tariflər xüsusilə kommersiya yük maşınlarının qiymətlərini artıraraq, Trampın inflyasiyanı, xüsusilə əsas istehlak məhsullarında azaltmaq vədini çətinləşdirə bilər. Tramp bildirib ki, ağır yük maşınlarına tətbiq edilən yeni tariflər ABŞ istehsalçılarını “ədalətsiz rəqabətdən” qorumaq məqsədi daşıyır.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay