Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Toylar olmasaydı, muğam sənətimiz itib-batardı, xanəndə də bazarda kartof satardı...”

"Mən 2 il bundan əvvəl müharibə ilə bağlı bir əsər yazmışam. Elə də böyük bir əsər deyil. O da marş tipindədir. Əsgər marşı demək olar ona da. Xorla, orkestrlə ifa oxunmalıdır. Mən 2 ildir ki, həmin əsərimi ifa etdirə bilmirəm. Anar Kərimovun nazir olduğu dönəmdə Mədəniyyət Nazirliyinə ərizə də yazmışam, heç kim "yox" demir. Hamı "yaxşı" deyə-deyə gedir. İncəsənət şöbəsinə yönləndiriblər, onlar da deyirlər ki, orkestr məşğuldur, səfərləri var, yubileylər çoxdur. Əsər də indiyə qədər əlimdədir. Tək mənim yox, bir neçə bəstəkarların əsərləri bu cür yubanır".

Bunu moderator.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, bəstəkar, Xəzər universitetinin professoru Cavanşir Quliyev deyib.

"Bizdə dünyanın tanıdığı bəstəkarımız yoxdur. Dünyanın musiqi mütəxəssislərinin tanıdığı bəstəkarlarımız var idi. Təəssüf ki, hamısı vəfat edib. İndi cavanların içərisindən bəzilərini, bəzi təşkilatlar tanıyır. Avropada konsert quran təşkilat əsərini aparıb ifa edirsə, səni bir az tanıyır. Yalandan deyə bilmərəm ki, dünya ölkələrindən bilet alıb gəlirlər ki, mən filan bəstəkara qulaq asacam. Bizdə bu gün belə bir bəstəkar yoxdur" deyə bəstəkar bildirib.

Bəstəkar toya barmaqarası baxan sənət adamlarını sərt tənqid də edib.

"Toya barmaqarası baxmaq olmaz. Kimsə də baxırsa, ona bir sualım var- "Sənin evdə uşaqların varmı? Sən onlara toy edəcəksənmi yoxsa nikahlarını möhürləyib göndərəcəksən?!" Məncə Azərbaycanda hər ailədə toy olub. Bu bizim millətimizin adətidir. Tək bizim yox, bütün xalqların adətidir. Toy sevinməkdir. Sevinməyi də çalıb-oynamaqda, yeyib-içməkdə görürlər. Bundan gözəl nə ola bilər ki?! Çalıb oynamaq varsa, demək ki, orada musiqi də olacaq. Azərbaycan milli musiqimizin hamısı vaxtilə toylarda yaranıb. Nəinki musiqimiz, elə milli rəqslərimiz də toylarda yaranıb. Biz toylara minnətdar olmalıyıq. Toy olmasaydı muğam sənəti itib-gedərdi. Çünki Azərbaycan müstəqil dövlət olmayıb. Onun-bunun tərkibində yaşayıb. O muğamatı toylar bizim üçün qoruyub saxladı. Xanəndə toyda oxumağa başladı, toy olmasaydı xanəndə gedib bazarda kartof satacaqdı, oxumazdı da. Muğamat da itib gedəcəkdi. Təsəvvür edin ki, bir gün toylar bitdi, yoxdur. Qanun çıxdı ki, toy etmək olmaz. Baxın görün həyatımız nəyə çevriləcək. Cavanlar bizə nə deyərlər?! Danışmaq üçün mövzu axtaranlardan xahiş edirəm ki, toy mövzusuna toxunmasınlar. Toy hər ailənin öz şəxsi işidir. O ailənin işinə heç kim müdaxilə edə bilməz. Kimi istəyirlərsə, onu da çağırır. Mən toyumda həyat yoldaşımın istəyi ilə sevmədiyim müğənnini çağırmağa məcbur oldum. Onun istəyini yerinə yetirdim" deyə sənətkar bildirib.

Cavanşir Quliyev xalq artisti Aygün Kazımovadan da danışıb.

"Aygün çox yaxşı qızdır. Öz rəfiqələrinə əsl rəfiqəlik, qohumlarına isə qohumluq edir. Ən əsası da vəfalı insandır. Üstünə də müğənniliyi gələndə olur lap yaxşı. Aygün sevdiyi adamlara, dostlarına üz çevirməz. Onu həqiqətən də çox istəyirəm" deyə bəstəkar deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar