Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tovuzda qazi niyə incidilir?

Bu günlərdə redaksiyanın elektron poçtuna göndərilən şikayət ərizəsini diqqətlə nəzərdən keçirsək, görərik ki, Prezidentin şəhid ailələrinə, Qarabağ qazilərinə, eyni zamanda müharibə veteranlarına olan diqqət və qayğısı heç də yerlərdə öz əksini tapmır. Son zamanlar şikayətçi olan vətəndaşların söyləməsinə görə, yuxarı orqanlara göndərilən ərizələrə vatlı-vaxtında cavab verilmir. Çox zülmlə verildikdən sonra, həmin ərizələrə cavab üçün şikayət olunan tərəflərə göndərilir. Vətəndaş yenidən təqib və təzyiqlərə məruz qalır. Bu barədə, kifayət qədər sübutlar vardır.

Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini, 2-ci qrup Vətən müharibəsi əlili Məmmədov Asif Fikrət oğlunun başına Tovuz rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polkovnik-leytenant Anar Xəlilovun açdığı iyrənc hərəkətlər bir vətəndaş kimi adamı narahat etməyə bilmir. Ərizədən məlum olur ki, Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun ölkədə gördüyü çox böyük işlərə yenə də kölgə salanlar az deyil. Maraq, məqsəd təbii ki, aydındır.

Rayonun Çırdaxan kənd ərazisində (AZPETROL yanacaqdoldurma məntəqəsi ilə üzbəüz) kiçik sahibkarlıq fəaliyyətilə məşğul olan Asif Fikrət oğlu Məmmədov dəmir alqı-satqısı ilə başını qatır. Pis-yaxşı əldə etdiyi gəlirlə özünün müalicəsi və ailəsinin dolanışıq şəraitini qurub. Belə halda polis polkovnik-leytenantı Anar Xəlilovun tabeçiliyində olan polis əməkdaşlarını qazinin yanına göndərməsi, onu polis şöbəsinə çağırtdıraraq, “sənin fəaliyytətin qeyri-qanunidir” deyərək nahaqdan 8 saat şöbədə incidilməsi haraya sığır və hansı qanunla tənzimlənir? Şikayətçi, ərizəsində onu da qeyd edir ki, mənimlə bərabər işləyən şöbəyə çağrılan 2 nəfər qohumum da polis əməkdaşları tərəfindən, bizi dindirən Orxan Əlizadə tərəfində təhqir olunublar. Nəticədə, müharibə qazisi olan Asif Məmmədovdan onların buraxılması üçün 5000 manat pul tələb edilib. Onun bu pulu verəcəyinə heç cürə imkan olmadığı üçün, guya qazi olduğu üçün 1000 mantla razılaşacağını bildiriblər. Şöbədə əsasız saxlanıldığına görə canını qurtarmaq üçün üstündə 500 manat olduğunu deyən Asif Məmmədov, nəhayət ki, polis əməkdaşları ilə “dil” tapa bilir. Onu şöbədən azad edirlər, tezliklə 500 manat da verəcəyini bildirirlər. Bu məsələdən sonra qazinin sərbəst işləməsi üçün hər ay 300 manat verəcəyini deyirlər.

Bəli, bu da polis plokvnik-leytenantı Anar Xəlilovun müharibə əlilinə, torpağa və Vətənə qoduğu diqqət və qayğı...

Müharibə əlili Asif Məmmədov başına açılan bu fantastik oyunlar üçün haqqının müdafiəsinə qalxaraq bir sıra aidiyyəti yerlərə, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Səbinə xanım Əliyevaya da müraciət edib. Üstəlik, daxili işlər nazirliyinin 102 xidmətinə də zəng edib.

Polis işçilərinin müharibə əlili ilə haqsız çəkişməsi isə verilən məlumata görə, “səngiməyib”. Günahkarın kim olub-olmamasına ictimaiyyətin özü qiymətləndirsə daha yaxşı olardı.

Yazıda qarşı tərəf kimi adları çəkilən polis əməkdaşlarının fikirlərini də dərc etməyə hazırıq.

Poliqon.info

 


Etiket: Tovuz qazi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar