Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Washington Post: Rusiya İrana ABŞ qüvvələrinə qarşı zərbələr üçün kəşfiyyat məlumatları ötürür...

Məlumata görə, Moskva İranı ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərinin yerləşməsi barədə informasiyalarla təmin edir...

Poliqon xəbər verir ki, The Washington Post qəzetinin anonim rəsmilərə istinadən yaydığı məlumata görə, Rusiya Yaxın Şərqdə yerləşən ABŞ hərbi qüvvələrinə qarşı zərbələrin istiqamətləndirilməsi üçün İrana kəşfiyyat məlumatları təqdim edir.

Nəşrin məlumatına əsasən, müharibənin başlanmasından etibarən Moskva Tehrana ABŞ-nin regiondakı hərbi obyektlərinin yerləşməsi ilə bağlı məlumatlar, o cümlədən hərbi gəmilərin və təyyarələrin mövqeləri barədə informasiyalar ötürüb.

Qəzetlə danışan üç anonim ABŞ rəsmisi bildiriblər ki, Rusiya tərəfindən təqdim edilən bu məlumatlar İranın raket və pilotsuz uçuş aparatlarının hədəflərinin müəyyənləşdirilməsində istifadə oluna bilər.

Eyni zamanda nəşr qeyd edir ki, daha iki anonim rəsmi şəxs Çinlə bağlı fərqli mövqenin olduğunu bildirib. Onların sözlərinə görə, Pekin Tehranla sıx siyasi və iqtisadi əlaqələrə malik olsa da, hazırkı münaqişə fonunda Çinin İrana hərbi və ya müdafiə xarakterli yardım göstərdiyinə dair əlamətlər müşahidə olunmur.

The Washington Post yazır ki, məsələ ilə bağlı aydınlıq gətirmək üçün Rusiya və Çin səfirliklərinə Vaşinqtonda rəsmi sorğular göndərilib, lakin qəzetin məlumatına görə, səfirliklər sorğuya cavab verməyib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Bloomberg: ABŞ blokadası İranın neft ixracını iflic edib...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay