Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

The Bell: Rusiya hökuməti müharibə xərclərini ödəmək üçün biznesə əlavə vergi təyin edir...

Rusiya höküməti büdcəni doldurmaq üçün iş adamlarına birdəflik vergi tətbiq etmək istəyir...

Rusiya hökuməti Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqına (RSSİ) federal büdcənin kəsirinə görə onun iş adamlarına 200-250 milyard rubl həcmində birdəfəlik vergi tətbiq etmək təklifini edib.

Poliqon.info xəbər verir ki, bu barədə mənbələrə istinadən The Bell nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı bu təklifə cavab olaraq biznes üçün gəlir vergisinin 0,5% artırılmasını düzgün hesab edib.

Hökumət öz təklifi ilə 2022-ci ilin dekabrında çıxış edib, deyə The Bell yazır. Nəşrin mənbələrinə görə, əvvəlcə söhbət təxminən iki dəfə çox məbləğdən gedib. İdeya maliyyə naziri Anton Siluanovdan gəlib və biznes nümayəndələri ilə qapalı görüşləri Baş nazirin birinci müavini Andrey Belousov keçirir.

Nəşrin yazdığına görə, yazın əvvəlinə biznes nümayəndələri özləri büdcəyə əlavə ödənişlərin necə veriləcəyi barədə qərar verməlidirlər. RSSİ yeni vergiyə qarşıdır, çünki bu il hökumət iş adamlarından 1,8 trilyon rubl əlavə mənfəət vergisi almağı planlayır.

Müzakirələrdə RSSİ əlavə tələb olunan 200-250 milyard rublu “tamamilə unutmağı”, ən yaxşı halda 2023-cü ildə Rusiya şirkətləri üçün mənfəət vergisini 0,5% artırmağı təklif edib.

The Bell-in mənbələrinə görə, danışıqlar daha yüksək gəlir vergisi üçün razılaşmaya doğru istiqamətlənib.

Qeyd edək ki, yanvarda Bloomberg Rusiyanın Baş naziri Mixail Mişustin müharibə xərclərinin artması səbəbindən “gəlirlərin səfərbər edilməsi” təklifi ilə çıxış etdiyini yazmışdı. Xüsusilə Baş nazir kömür və gübrə istehsalçılarına büdcəyə birdəfəlik ödəniş etməyi tapşırıb.

Bloomberg həmçinin bildirib ki, rusiyalı iş adamları aktivlərinin milliləşdirilməsindən və ya dövlətə sadiq rəqiblərinin ələ keçirməsindən qorxurlar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar