İlon Maks Çin Baş naziri Li Çyanla görüşəcək …
Tesla şirkətinin baş direktoru İlon Mask aprel ayında Çinə səfər etməyi planlaşdırır. O, Çinin Baş naziri Li Çyanla görüş əldə etməyə çalışır.
Poliqon.info xəbər verir ki, bu barədə ReutersAgentliyinə iki məlumatlı mənbə bildirib. Hələlik Pekindən rəsmi təsdiq olmadığı qeyd edilir.
Qeyd edək ki, ABŞ-dan sonra Çin Tesla üçün ikinci ən böyük bazardır. Şanxaydakı zavod elektrikli avtomobillər istehsal edən şirkətin ən böyük istehsal mərkəzi kimi tanınır.
Poliqon.info