Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tənzilə Rüstəmxanlının sakinlərlə görüşləri davam edir - Foto

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müşaviri Tənzilə Rüstəmxanlı Neftçala rayonunun Tataraməhlə kəndində növbəti görüşünü keçirib...

Görüşdə həmçinin Xıllı qəsəbəsi, Abasallı, Mirzəqurbanlı, Yuxarı Qaramanlı və Seyidlər kəndlərindən olan sakinlər iştirak ediblər.

Poliqon xəbər verir ki, millət vəkili görüş zamanı seçildiyi qısa müddət ərzində Neftçala rayonu üzrə gördüyü işlər, aidiyyəti qurumlar və Milli Məclisdə qaldırdığı məsələlər, eləcə də həlli tapmış müraciətlər barədə sakinlərə məlumat verib.

Görüşdə iştirak edən Xıllı qəsəbəsindən olan ağsaqqal Abdulhəsən Xəlilov Kür çayını keçərək 3 km məsafəni piyada qət edərək tədbirə gəldiyini bildirib. O, nəvəsinin hərbi xidmətdə aldığı zədədən sonra cəmi bir həftə ərzində tərxis olunmasına Tənzilə Rüstəmxanlının nail olduğunu vurğulayaraq, “Millət vəkili bax belə olar” sözləri ilə təşəkkürünü ifadə edib. Bu çıxış iştirakçılar arasında duyğusal anlar yaşadıb.

Bundan əlavə, sakinlər kəndin suvarma sisteminin köhnəlməsi, işsizlik, torpaq və əkin sahələrinin su təminatında yaşanan problemlər, elektrik xətlərindəki nasazlıqlar, yol və nəqliyyat məsələləri, sosial problemlər və hüquq-mühafizə orqanlarının fəaliyyətinə dair müxtəlif müraciətlərini səsləndiriblər. Deputat bu məsələlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirib.

T. Rüstəmxanlı görüş çərçivəsində şəhid ailələri və qazilərlə də görüşərək onların müraciətlərini diqqətlə dinləyib. Problemlərin həlli üçün köməkçilərinə müvafiq tapşırıqlar verib. Deputat sakinlərin qaldırdığı məsələlərin həllini daim diqqətdə saxlayacağını vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib?

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay