Çərşənbə, 29 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”...

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub”.

PİA.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

Onun sözlərinə görə, oğlu ilə əlaqə saxlaya bilməyiblər:

“Vasif axşam əməliyyat olunub. Amma bizə heç nə deməyib. Bizə məlumatı dostu verir. Çiynində güllə yarası, çənəsində sınıq olub. Əməliyyat dörd saat yarım çəkib”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə V.Tağıyevin əməliyyat olunduğunu təsdiqləyib:

“Əməliyyat olunan yaralımızın vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Öldürülən baş leytenant O.Əsgərov Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi Rizvan Əsgərovun oğludur. Onun iki övladı var.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Millət vəkilinin güllələnməsi: DTX-nın saxladığı İran casusu demişdi...

Fazil Mustafaya hücumu kim təşkil edib? Niyə bu gün?

Məleykə Abbaszadə, Yavər Camalov, Fazil Mustafa və... - Övladını itirmiş məşhurlar

"Dedilər çəkiliş olmaz, qurbağalar narahat olur" - Fazil Mustafa

Millət vəkilinin dostu: “Hadisə Fazil Mustafanın kiçik qızının gözü qarşısında baş verib”

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk açıqlama

Quru sərhədlər açılır? - Deputat tarix açıqladı

Güclü külək əsəcək, yağış və qar yağacaq - Xəbərdarlıq

Oğul 58 yaşlı atasını söyüşə görə öldürüb - Təfərrüat

Ən çox oxunanalar