Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tədqiqatlarda gözlənilməz nəticə: Elektromobillər ənənəvi avtomobillərdən daha zərərli ola bilər

Elektromobillərin ənənəvi avtomobillərdən daha zərərli olduğu müəyyən edilib...

Oxu.Az-ın verdiyi məlumata görə, bunu Oklend Universiteti (Yeni Zelandiya) və Şiamen Universiteti (Çin) beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar göstərib. Araşdırmanın nəticələri "Energy" elmi jurnalında dərc edilib.

Komanda son 15 il ərzində 26 ölkədən məlumatları təhlil edib. Bu zaman nəqliyyat vasitələrinin istehsaldan utilizasiyaya qədər tam dövrü nəzərə alınıb. Nəticədə geniş yayılmış fikrin əksinə olaraq, elektromobillərə keçidin iqlim dəyişikliyinin əsas faktoru olan qlobal karbon dioksid emissiyalarının azalmasına səbəb olmadığı aşkar edilib.

Bundan əlavə, elektrik enerjisinin əsasən kömür və neftdən istehsal olunduğu ölkələrdə elektromobillərin daxiliyanma mühərrikli ənənəvi avtomobillərdən daha zərərli ola bilər.

Alimlərin hesablamalarına görə, real ekoloji təsirə nail olmaq üçün enerji sistemində bərpa olunan enerji mənbələrinin payı ən azı 48%-ə çatmalıdır, halbuki hazırda bu göstərici dünya miqyasında təxminən 30% təşkil edir.

"Bizim təhlilimiz göstərir ki, elektromobillərin ekoloji üstünlükləri tamamilə ölkənin elektrik enerjisi istehsalı strukturundan asılıdır", - deyə tədqiqatın həmmüəllifi Stiven Poletti izah edib.

Bu iş nəqliyyatın elektrifikasiyasına üstünlük verən bir çox dövlətin mövcud iqlim strategiyalarının effektivliyini sual altına qoyur. Alimlər təkcə elektromobillərin təşviqini deyil, həm də bərpa olunan enerji mənbələrinin sürətli inkişafını, enerji səmərəliliyinin artırılmasını və iqtisadiyyatın dekarbonizasiyası üzrə digər tədbirləri əhatə edən kompleks yanaşmanın zəruriliyini vurğulayırlar.

Poliqon.info


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay