Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarixin hökmü

Prezident İlham Əliyevin sərəncamı ilə Qubada “Soyqırımı memorial kompleksi” tikilərək 31 mart şəhidlərinin xatirəsi əbədiləşdirilib...

Ermənilər tarixin müxtəlif çağlarında Azərbaycan türklərinə qarşı soyqırımı törədiblər. Amma 1918-ci ilin 31 martında erməni-daşnakları tərəfindən Azərbaycan türklərinin soyqırımı daha kütləvi şəkildə həyata keçirilib.

Ermənilər hələ 1905-ci ildə Bakıda dəhşətli qırğınlar törətmişdilər. Qafqazdakı bütün türkləri, o cümlədən Tiflis, Borçalı, Axalkalaki türklərini məhv edərək ancaq ermənilərdən ibarət Ermənistan yaratmaq istəyirdilər. Azərbaycan türklərinin soyqırımı 1918-ci ilin 17-21-də (30 mart - 1 aprel) daha dəhşətli şəkildə həyata keçirildi. Təkcə Bakı, Gəncə, Quba, Şamaxı, Lənkəran, Göyçayla deyil, Güney Azərbaycanın Xoy, Urmiyə, Səlmas kimi şəhərlərində də qanlı faciələr törədilmişdi. Bu faciə ilə bağlı Ulu Öndər Heydər ƏliyevAzərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərman imzalayıb. Fərmanda bildirilib: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

1918-ci ildə Bakıda baş verən mart qırğınlarının əsas məqsədi azərbaycanlıların varlığına ümumiyyətlə son qoymaq olub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Həmin vaxt Stepan Şaumyana ermənilərin siyasi və milli təşkilatları ilə birlikdə hərəkət etmək üçün Lenin tərəfindən geniş səlahiyyətlər verilmişdi. Bu vaxt İran cəbhəsindən dönərək Bakıda yerləşmiş xeyli rus əsgərini bolşeviklər aldadaraq maddi cəhətdən həvəsləndirməklə öz vətənlərinə getməkdən çəkindirdilər. Rəislərinin erməni olması bolşevikləri erməni "Daşnak" partiyası ilə birləşməyə yönəldirdi. Bakıda bir neçə erməni alayı da vardı. Bakı Sovetini ələ keçirib burada kommunist hökuməti yaratmaq üçün Bolşevik Partiyasının Qafqaz Komitəsi "Daşnak" partiyası ilə siyasi və hərbi ittifaq yaratmağa müvəffəq olmuşdu. İndi artıq Azərbaycan türklərinə qarşı təcavüzkar yürüşə keçməkdən ötrü bir bəhanə lazım idi. Bu dövrdə Azərbaycan türkləri Rusiya imperiyası tərkibində illərlə hərbi xidmətə çağırılmamaları səbəbindən çox zəif idilər. Belə bir şəraitdə Şaumyan bəhanə tapır. Tiflisdən Bakıya göndərilən Azərbaycan türklərinin əsgəri heyəti həbsə alınır. İkinci hadisə isə belə baş verir: Lənkəranda təşəkkül tapmaqda olan Azərbaycan türklərindən ibarət milli ordunun bir dəstəsi vəfat etmiş yoldaşlarının cənazələrini Bakıya gətirib dəfn edirlər. Geriyə dönərkən bolşevik əsgərləri onları mühasirəyə alır, tərksilah olunmalarını tələb edirlər. Rədd cavabı aldıqda atışma başlanır.

Kütləvi qırğın salmaq üçün çoxdan bəhanə gözləyən ermənilər fürsəti itirmirlər. Bakının türklər yaşayan məhəllələrini top atəşinə tuturlar. Təbii ki, ermənilərin hücumuna qarşı Azərbaycan türkləri müdafiə olunmağa başlayırlar. Amma soydaşlarımızın hərbi cəhətdən istənilən səviyyədə təcrübələri yox idi. Bu səbəbdən də qüvvələrin qeyri-bərabər olduğu şəraitdə Azərbaycan türkləri məğlub olurlar. Çünki həm Bakıdakı rus ordusu, həm də bolşeviklər ermənilərə kömək edirdi. Azərbaycan türkləri 3 gün ərzində dəhşətli qətliama məruz qaldılar.

Azərbaycan dövləti tərəfindən Qubada “Soyqırımı memorial kompleksi” tikilərək 31 mart şəhidlərinin xatirəsi əbədiləşdirilib. Belə ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir.
Ötən əsrin əvvəllərində İrəvan quberniyasında azərbaycanlılar yaşayan minə yaxın kənd olub. 400 minə yaxın azərbaycanlının yaşadığı bu ərazilər indi türksüz qalıb. Bütün bunlar ermənilərin azərbaycanlılara qarşı onillərlə davam edən deportasiya və soyqırımıları nəticəsində baş verib.

Kamal Paşa-zadə - Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Poliqon.info

 


Etiket: tarix


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar