Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Taliban” lideri İrana müharibə elan etdi... - Nə baş verir?

İran-Əfqanıstan sərhədində baş verənlər nədən xəbər verir?..

Politoloq: “Hazırkı situasiyada gərginliyi artıran tərəfin “Taliban” olduğunu demək olar”.

““Taliban”ın prosesi müharibə kontekstinə daşıması, özündən razılığı onu deməyə əsas verir ki, onları dəstəkləyən konkret gücə arxayındırlar”.

Bu sözləri politoloq Turan Rzayev Talibanın İrana müharibə etməsinin səbəblərini Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi “Taliban” lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb. “Taliban” lideri bildirib ki, hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib.

Mövzunu Poliqon-un əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “Vaşinqton indiki məqamda “Taliban”la İranı qarşı-qarşıya gətirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir”.

Hilmənd çayının Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axdığını xatırladan politoloq Poliqon-a bildirib ki, “Taliban” bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Yəni bu əməlin gərginliyə səbəb olacağını yaxşı bilirlər:

“İlk öncə onu qeyd etmək lazımdır ki, hazırkı gərginlik İran ilə “Taliban” (Əfqanıstan) arasında ilk belə hal deyil. Vaxtaşırı iki ölkə sərhədində kiçikçaplı və ya orta səviyyəli atışmalar yaşanır.

Misal üçün, 2021-ci ildə İran sərhədçiləri ilə “Taliban” arasında toqquşma baş vermiş, tərəflər bir-birinə artilleriya zərbələri endirmişdi. Hətta Taliban İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, "Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrinin ələ keçirdiyini açıqlamışdı.

Prinsip etibarilə hazırkı gərginlik də bundan öncəkilərdən fərqlənmir. Belə ki, İran və Əfqanıstan arasında hazırkı gərginlik Hilmənd çayının suyu məsələsindəki anlaşmazlıqdan qaynaqlanır.

Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Hilmənd çayının su bölgüsü tərəflər arasında 1973-cü ildə imzalanmış müqaviləyə əsasən tənzimlənib. Lakin İran tərəfi payına düşən suyun cəmi 4 faizini istifadə edə bildiyindən şikayətlənir və Əfqanıstanı çay üzərində yeni su anbarları tikməkdə günahlandırır.

Hilmand çayı İran üçün olduqca önəmlidir. Belə ki, İranın ən qeyri-stabil bölgəsi olan Sistan-Bəluçistan vilayətinin əkin sahələrinin əsas suvarma mənbəyi məhz bu sudur. Hazırda Sistan və Bəlucistan vilayəti quraqlıqla üz-üzə olduğundan məsələ gərginlik həddinə çatıb.

Turan Rzayev: “Həm Əfqanıstan, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz ölkələrdir”.

May ayının 18-də Sistan-Bəlucistan vilayətini ziyarət edən İran prezidenti İbrahim Rəisi buradan “Taliban” hökumətini Hirmənd çayının qarşısını kəsərək Sistan və Bəlucistan əyalətinin su payını verməməkdə ittiham edib.

Rəisi bununla da yetinməyərək “Əfqanıstan hakimiyyətinə xəbərdarlıq edirəm ki, Sistan və Bəlicistanın su payını versinlər. Bu çox ciddi xəbərdarlıqdır və əks təqdirdə dövlət lazım olan tədbirləri görəcək” sözləri ilə “Taliban”ı təhdid etmişdi.

Əfqanıstan tərəfi isə suyun azalmasını kəskin quraqlıqla əlaqələndirir və İranı Sistan bölgəsindəki əkin sahələrini genişləndirməkdə günahlandırır. Əfqan rəsmilər çay üzərində tikilən yeni su anbarları vasitəsilə xaricdən elektrik enerjisi asılılığını azaltmağı hədəflədiklərini, bu məsələdə güzəştə getməyəcəklərini bildirirlər.

Bundan başqa “Taliban” liderləri də Tehranı təhdid edərək bildiriblər ki, İrana qarşı ABŞ-a qarşı döyüşdüklərindən da yaxşı döyüşəcəklər.

Hazırkı situasiyada gərginliyi artıran tərəfin “Taliban” olduğunu demək olar. Buna işarə edən bir sıra məqamlar var.

Birincisi, Hilmənd çayı Əfqanıstan dağlarından İranın Sistan və Bəlucistan vilayətinə qədər axır. Taliban bu çayın İran üçün həyati əhəmiyyətini bilə-bilə, çay üzərində yeni su anbarları tikir. Yəni bu əməlin gərginliyə səbəb olacağını yaxşı bilirlər.

İkincisi, gərginlik fonunda Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb. Müharibə qərarı belə asanlıqla verilə bilməz. Görünür, Taliban bu qərarı vermədən hazırlıq işləri görüb.

Turan Rzayev: “Əfqan rəsmilər çay üzərində tikilən yeni su anbarları vasitəsilə xaricdən elektrik enerjisi asılılığını azaltmağı hədəflədiklərini, bu məsələdə güzəştə getməyəcəklərini bildirirlər”.

Talibanın prosesi müharibə kontekstinə daşıması, özündən razılığı onu deməyə əsas verir ki, onu dəstəkləyən konkret gücə arxayındır. İndiki məqamda Taliban ilə İran arasına müharibənin olmasında bir güc maraqlıdır - ABŞ!

Vaşinqton indiki məqamda “Taliban”la İranı qarşı-qarşıya gətirərək Tehranı Əfqanıstana müdaxiləyə məcbur etmək istəyir. 2021-ci ildə İran sərhədçiləri ilə Taliban arasında baş verən toqquşmaların da ümumi məğzi bundan ibarət idi. Talibanın ani hücumla İrana aid bir neçə sərhəd-keçid məntəqəsinin, o cümlədən “Dheris”, “Dost Məhəmməd” və “Bala-e Siyah Çeşmən” məntəqələrini ələ keçirərək İran ordusunu Əfqanıstan içinə çəkmək istəyirdi.

Həm Əfqanıstan, həm də İran ayrı-ayrılıqda müdafiə müharibələrində yenilməz ölkələrdir.

Bu ölkələr yerləşdikləri coğrafiyanın bütün təbii üstünlüklərini maksimum istifadə edə bilir. Digər tərəfdən, hər iki ölkə ehtimal edilən müdafiəyə qarşı dini ideologiyadan istifadə edə biləcək ölkələrdir.

ABŞ son zamanlar bu taktikadan çox istifadə edir. Misal üçün, Rusiya bu yolla Ukrayna ilə müharibəyə cəlb edildi və hələ də müharibə davam edir. Kreml sürətlə resurslarını tükədir. Vaşinqton bu gün eyni taktikanı İrana qarşı da istifadə etmək istəyir.

Turan Rzayev: “ABŞ Taliban üzərindən İranın nüvə obyektlərini vurub Tehranın bu silahı əldə etməsinin qarşısını almaq istəyir”.

ABŞ bununla üç şeyə nail olmaq istəyir:

Birincisi, onsuz da sanksiyalardan beli bükülən və ağır iqtisadi böhran yaşayan Tehranı iqtisadi və hərbi baxımdan tamam çökdürmək;

İkincisi, İrandakı ictimaiyyəti, xüsusilə də etnikləri mərkəzi hakimiyyətə qarşı ayaqlandırmaq;

Üçüncüsü, Taliban üzərindən İranın nüvə obyektlərini vurub Tehranın bu silahı əldə
etməsinin qarşısını almaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Formula 1-ə hazırlıq səbəbindən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Ağstafada 30 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub - Yenilənib

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasında qələbə qazanıb

Baş konsul: Türkiyə ilə Azərbaycan arasında qardaşlıq, dostluq hər keçən gün daha güclənir

Çin ABŞ-ni Ukraynada sülhə nail olmağa çağırıb

1988-ci il iyununda kəndin 3 sakinini faciəli şəkildə öldürdülər - Qərbi Azərbaycan Xronikası

“Əcəmi”də "səs-küy" salan obyektlərlə bağlı tədbir görüldü - Video

Göyçay Peşə Liseyindən 77 tələbə xaric edilib, direktor müavini və baş mühasib işdən çıxarılıb

Ən çox oxunanalar