Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taker Karlson: Tramp yaxın saatlarda Venesuelaya qarşı hərbi əməliyyata başladığını elan edə bilər..

Jurnalistin sözlərinə görə, Konqres artıq mümkün müharibə barədə məlumatlandırılıb və rəsmi açıqlama gecə müraciətində səslənə bilər...

Poliqon xəbər verir ki, amerikalı jurnalist Taker Karlson ABŞ prezidenti Donald Trampın xalqa gecə müraciəti zamanı Venesuelaya qarşı ABŞ-nin genişmiqyaslı hərbi əməliyyatına başlanıldığını elan edə biləcəyini bildirib. Karlson bu barədə mənbələrinə istinadən Judge Napolitano - Judging Freedom adlı YouTube kanalında danışıb.

Onun sözlərinə görə, ABŞ Konqresinin üzvləri artıq mümkün müharibə ilə bağlı məlumatlandırılıblar və rəsmi bəyanatın məhz Trampın xalqa müraciətində səslənməsi gözlənilir.

“Tramp bu gün gecə xalqa müraciətində ABŞ-nin Venesuelaya qarşı genişmiqyaslı hərbi əməliyyatına başlandığını elan edə bilər… Dünən Konqres üzvlərinə yaxınlaşan müharibə barədə məlumat verilib və bu, müraciətdə açıqlana bilər”, deyə Taker Karlson bildirib.

Qeyd olunur ki, dekabrın 16-da The Wall Street Journal qəzeti ABŞ-nin Venesueladakı yerüstü obyektlərə qarşı nöqtəvi zərbələr hazırladığını yazıb. Nəşrin məlumatına görə, bu çərçivədə ABŞ hərbi aviasiyasının bir hissəsi Karib hövzəsində cəmləşdirilir.

WSJ-nin yazdığına əsasən, Puerto-Rikoda beşinci nəsil F-35A qırıcıları, Boeing EA-18G Growler radioelektron mübarizə təyyarələri, Sikorsky HH-60W helikopterləri, eləcə də axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulan Lockheed HC-130J təyyarələri yerləşdirilib. Bundan əlavə, yaxın vaxtlarda Dominikan Respublikasına ABŞ-yə məxsus yanacaq dolduran təyyarələr köçürülüb ki, bu da qırıcı və bombardmançıların havada yanacaqla təmin olunmasına imkan yaradır.

Hərbi analitiklərin The Wall Street Journal üçün verdiyi qiymətləndirmələrə görə, regionda hərbi texnikanın bu cür aktiv şəkildə cəmləşdirilməsi Vaşinqtonun real döyüş əməliyyatlarına hazırlaşdığını göstərir və mümkün hərbi eskalasiyanın ciddi xarakter daşıdığını deməyə əsas verir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay