Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tailandın cənubunda məktəbə silahlı hücumun qurbanlarından biri vəfat edib

Patonq şəhərindəki təhsil ocağının direktoru aldığı güllə yaralarından xəstəxanada dünyasını dəyişib, hücum edən 18 yaşlı gənc saxlanılıb...

Poliqon xəbər verir ki, Tailandın cənubunda yerləşən Patonq şəhərində məktəbə edilən silahlı hücum nəticəsində yaralanan təhsil müəssisəsinin direktoru vəfat edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, tapança ilə silahlanmış 18 yaşlı gənc məktəb binasına daxil olaraq atəş açıb.

France Precce Agentliyinin yaydığı xəbərə əsasən, məktəbin rəhbəri Sasifat Sinsamossorn ağır yaralı vəziyyətdə Hat-Yay şəhərindəki xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məktəb administrasiyası baş verən faciə ilə bağlı başsağlığı bəyanatı yayıb. Bəyanatda qeyd olunub ki, “onu itirsək də, arxada qoyduğu xatirələr və xeyirxahlıq hər zaman qəlbimizdə yaşayacaq”.

Hadisəni törədən şəxs qarşıdurma zamanı yaralanıb və polis tərəfindən saxlanılıb. Hücum nəticəsində 14 yaşlı məktəbli qız da güllə yarası alaraq xəstəxanaya yerləşdirilib. Daha bir uşaq isə təşviş zamanı yıxılaraq topuq nahiyəsindən xəsarət alıb.

Hüquq-mühafizə orqanları hadisənin motivlərini araşdırır. İlkin məlumatlara görə, hücumçu məktəbə tək daxil olub və əvvəlcədən planlaşdırılmış şəkildə hərəkət edib-etmədiyi hələlik dəqiqləşdirilir.

AFP qeyd edir ki, Tailand Cənub-Şərqi Asiyada əhalinin əlində olan odlu silahların sayına görə ön sıralarda yer alır. Qiymətləndirmələrə əsasən, ölkədə şəxsi dövriyyədə təxminən 10 milyon ədəd silah mövcuddur. Bu amil silahlı insidentlərin qarşısının alınması ilə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsini yenidən gündəmə gətirib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay