Şənbə, 31 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taekvondo yığmamız Avropa çempionatında tarixi uğura imza atıb

Yeniyetmə taekvondoçulardan ibarət Azərbaycanın milli komandası Maltanın paytaxtı Vallettada keçirilən Avropa çempionatında tarixi uğura imza atıb...

Federasiyadan verilən məlumata görə, yığma yarışı 3 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Bu göstərici Azərbaycan taekvondo tarixində son 17 ilin rekordudur.

Yarışın sonuncu günündə İlyas Hətəmli, Vasif Səlimov, Elcan Əliyev və Fuad Məhərləmli fəxri kürsüyə qalxıb.

37 kq kq çəki dərəcəsində qüvvəsini sınayan Hətəmli startda Ouen Haddaddan (Fransa) güclü olub. O, 1/4 finalda Pavle Svetkoviçə (Serbiya) də heç bir şans verməyib. Yarımfinalda Konstantinos Tsaqkournosu (Yunanıstan) məğlub edən taekvondoçu finalda Viktor Videla (İspaniya) ilə üz-üzə gəlib. Gərgin keçən döyüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb.

Onun uğurunu 53 kq-da çıxış edən Səlimov da təkrarlayıb. O, Svyatoslav Moskovtsev (Estoniya), Stanislav Mitkov (Bolqarıstan), Nolhan Rosemont (Fransa) və Nüsrət Efe Çakıra (Türkiyə) qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Qabriel Rosato (İtaliya) üzərində qələbə qazanan milli üzvü qızıl medala yiyələnib.

65 kq-da yer alan Əliyev ardıcıl olaraq, Bilgin Abdullah (Almaniya), Dimos Pistolas (Yunanıstan) və Nikola Vitkovici (Serbiya) məğlub edib. Finalda Ahmet Ceylana (Türkiyə) uduzan idmançı gümüş medalla kifayətlənib.

45 kq-dakı Məhərləmli debütdə Batu Özkanı (Almanya) mübarizədən kənarlaşdırıb. 1/4 finalda Artyom Roskaya (Moldova) da gücünü göstərən taekvondoçu yarımfinalda Kristos Bakaleksiklə (Yunanıstan) qarşılaşıb. Görüş rəqibin xeyrinə başa çatdığından, Məhərrəmli bürünc medal əldə edib.

Milli 8 medalla həm oğlanların, həm də ümumu komanda hesabında qitənin 3-cüsü olub. Yığmanın heyətində daha öncə Zəhra İsayeva (29 kq) qızıl, Xuraman Cavadzadə (37 kq) gümüş, Mehdi Budaqlı (33 kq) və Bahadur Dostuyev (49 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, komandamız noyabrın 30-da Bakıya qayıdacaq.

pia.az

 

 


Etiket: taekvondo


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda obyektdəki yanğın tam söndürülüb, hərəkətə qoyulan məhdudiyyət götürülüb - Yenilənib

Fəzail Ağamalının deputatlığa namizəd qızının seçicilərlə görüşü yarımçıq qalıb - Video

Milli Onkologiya Mərkəzinin ürək ağrıdan mənzərələri... - Video

Canlı yayımda əməliyyat edən həkimlə bağlı şok məlumat

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub - Yenilənib

Dünyanın ən dözümlü avtomobilləri: 1-də Lexusdur - Siyahı

Putin həbs təhlükəsi ilə üzləşəcəyi ölkəyə ilk dəfə səfər edəcək

Bu ölkələr Türkiyə ilə müharibəyə hazırlaşır?

Göygöldə beş nəfər zəhərlənib, iki nəfər ölüb - Biri uşaqdır

DİN-dən xaricə getmək istəyən şəxslərə xəbərdarlıq 

Hər gün “Coca-Cola” içsəniz, orqanizminizdə nə baş verər?

Ən çox oxunanalar