Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Super casus Putin” mifi – Bu mif necə yaranıb?..

Rusiya prezidenti doğrudanmı sovet DTK-nın Almaniyada “super casusu” olub?..

Bir neçə mənbə dərhal iddia edir ki, Vladimir Putin Drezdendəki DTK rezidensiyasında işləyərkən solçu terror təşkilatı Qırmızı Ordu Fraksiyası (FKA) ilə əlaqələrə cavabdeh olub və hətta terror aktlarının hazırlanmasında iştirak edib.

Poliqon xəbər verir ki, Almaniyanın Der Spiegel jurnalı Rusiya prezidentinin gənclik illərində Drezdendəki DTK rezidensiyasında fəaliyyətini araşdırıb. Jurnal Putinin Drezdendəki fəaliyyəti ilə bağlı məlumatlı bir mənbəni tapdığını iddia edir və həmin şəxsin söylədikləri Putinin Almaniyada çalışdığı dövrlə bağlı yazılanları şübhə altına alır.

“Der Spiegel” yazır ki, tədqiqatçılar, jurnalistlər və bioqraflar Putinin DTK-da işlədiyi dövrü fəal şəkildə öyrəniblər və bəzən faktlar uydurma hekaylərlə ilə qarışdırılı. Ona görə də Putin “sovet supercasusu” kimi şöhrət qazanıb.

O dövrlərdə Putinlə bağlı hekayələrdən biri onun FKA terrorunda iştirakı ilə bağlıdır. Bu hekayə ilk dəfə Maşa Gessenin “Üzsüz adam” kitabında ortaya çıxıb. Mətndə FKA-nın keçmiş üzvü təşkilat üzvlərinin Drezdenə təlim keçmək üçün necə gəldiklərini və Putinə hədiyyələr gətirdiklərini danışıb.

Der Spiegel qeyd edir ki, eyni anonim mənbə Ketrin Beltonun “Putinin adamları” kitabında sitat gətirilib. Bu bestsellerdə bir informator Putinin terror hücumlarının planlaşdırılmasında iştirakından danışır və hətta “Ştazi” generalının onun əmrlərinə tabe olduğunu iddia edir. Kitabda həmçinin 1989-cu ildə Deutsche Bank-ın rəhbəri Alfred Herrhauzenə qarşı sui-qəsddə Putin və KQB-nin əli olduğu bildirilir.

Der Spiegel yazır ki, kitabların müəlliflərinin anonim məlumatçısı, çox güman ki, heç vaxt FKA, KQB və ya “Ştazi” ilə əlaqəsi olmayan, lakin bir neçə dəfə, o cümlədən yalançı şahidlik üçün mühakimə olunan bir adam olub. Nəşr onu Ditmar K adlandırır. FKA-ya nəzarət etməli olan “Ştazi” şöbəsinin sonuncu rəhbəri jurnala bu adamı tanımadığını deyib.

Ditmar K. başqa bir müsahibəsində 70-ci illərin əvvəllərində (FKA ilə təmasda olduğu iddia edilən zaman) Afrikada muzdlu əsgər kimi döyüşdüyünü söyləyib. Bununla bağlı Ditmarın yaxın dostu bildirib ki, əslində o, nə FKA-da, nə də Afrikada olmayıb, Bundesverdə xidmət edib və feldşer təhsili alıb. Ditmar Bundseverdən avadanlıq oğurlayaraq fərarilik edib və buna görə məhkum edilib. 80-ci illərin çoxunu, yəni Putin Drezdendə işləyərkən, bu adam dəmir barmaqlıqlar arxasında və ya nəzarət altında keçirib.

Ditmar K. Maşa Gessenlə əlaqə saxladığını təsdiqləsə də, FKA-nın səfəri barədə məlumat vermədiyini bildirib. Ondan həmçinin Ketrin Beltonla Putin və Drezden haqqında danışıb-danışmadığını soruşduqda o, belə cavab verib: “Putin və Drezden haqqında? Yox?”, deyib və bu barədə əlavə heç nə danışmayıb.

Jurnalistlər Gessendən Ditmar K.-nın kitabın mənbəyi olub-olmadığını soruşublar, lakin heç bir cavab ala bilməyiblər. Belton, mənbəsini açıqlamayacağını, lakin mənbənin hesabını təsdiq edən sənədləri gördüyünü söyləyib.

“Digər mənbələr də Putinin Almaniyada 15 agentdən ibarət məxfi casus dəstəsini necə idarə etdiyi, həmçinin onun məlumatlandırıcısının məşhur neonasist Rayner Sontaq olması barədə hekayələr var. Amma onlar təsdiqlənmir”, deyə Der Spiegel qeyd edir.

Drezdendəki “Ştazi” departamentinin sonuncu rəhbərinin köməkçisi Horst Horst Cemli Putinin KQB rezidenturasındaçox kiçik və əhəmiyyətsiz rol oynadığını deyib. Onun fikrincə, Rusiyanın indiki prezidenti daha çox MQB-yə sorğular göndərən bir “məmur” olub. Vacib məsələlər həmişə Putinin iştirakı olmadan həll olunub. Rusiya prezidentinin keçmiş həmkarı deyib ki, Putinin işi əsasən Qərbi Almaniyadakı qohumlarına baş çəkmək üçün müraciətlərə baxmaqdan və ya Drezden Universitetində potensial məlumat verənlərin axtarışından ibarət olub.

“Şrazi” arxivində Putin haqqında çox az məlumat var və Cemlinin də qeyd etdiyi Putinin adı ən çox ad günü təbrikləri, inzibati məsələlər və ya alman-sovet dostluğu axşamları kimi boş məlumatlarda keçir. Sənədlərin birində (şəkildə) Putin özünü DTK-nın əlaqə zabiti kimi təqdim edir və sərxoşluq və borca görə xidmətdən kənarlaşdırılan məlumatçı ilə bağlı kömək üçün Stasi Drezden rəisinə müraciət edir.

Xatırladaq ki, Putin 1985-1990-cı illərdə Drezdendə DTK rezidensiyasında işləyib. “SSRİ-nin xarici kəşfiyyat orqanlarındakı bütün işlərim təkcə Xarici Kəşfiyyat Xidməti ilə deyil, qeyri-qanuni kəşfiyyatla bağlı idi. Və onların necə insanlar olduğunu bilirəm. Bunlar xüsusi insanlardır, xüsusi keyfiyyətə, xüsusi əqidəyə malikdirlər, bunlar xüsusi temperamentli insanlardır”, deyə Rusiya prezienti 2017-ci ildə müsahibələrinin birində deyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar