Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda məşhur brendin adı ilə saxta şampun istehsal olunur

Sumqayıtda məşhur brendinin adı altında saxta şampun istehsal edən sex aşkarlanıb. 

Bu barədə Oxu.Az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

O bildirib ki, Birliyə saxta şampun növü ilə bağlı məlumat daxil olub:

“Şampunun üzərində heç bir istehsal tarixi və istehsala yararlılıq müddəti qeyd edilməyib. Şampun Türkiyənin məşhur brendlərdən birinin imitasiyasıdır. Bizə məlum olub ki bu şampunlar Sumqayıt şəhərində istehsal edilir. Yaxın zamanlarda aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırma və tədqiqat işləri aparacağıq. Təəssüf ki, bu cür tərkibində kimyəvi maddələr olan malların istehsal müddəti olmadığı üçün dəri ilə təmasda olarkən insan orqanizminə ciddi təhlükə yarada bilər. İstehlakçılar bu cür məhsullar alarkən onun üzərində yazılan istifadə müddətinə diqqət etsinlər. İstehsal tarixi kağız üzərində yazılıb yapışdırılıbsa, o məhsullardan uzaq olmaq lazımdır”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar