Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalinqradın adının bərpa olunması üçün referendum keçiriləcək….

Volqoqrad şəhərinin adının dəyişdirilməsi ilə bağlı referendum qərarı mayın 9-dan sonra verilə bilər…

Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi qərarını hakimiyyət orqanları və şəhər sakinləri may bayramlarından sonra qəbul edə bilər.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə müsahibəsində Volqoqrad Şəhər Veteranlar Şurasının sədri Aleksandr Strukov bildirib.

Qeyd edilir ki, şəhərin adının dəyişdirilməsi ilə bağlı fikirlərin öyrənilməsi üzrə İctimai Şura martın 27-dən şəhər sakinlərinin referendumun keçirilməsi ideyasına və adının dəyişdirilməsinə münasibətini öyrənmək üçün yerli ictimaiyyət nümayəndələri ilə görüşlər keçirməyə başlayıb.

Strukov qeyd edib ki, ictimai rəyin öyrənilməsi davam edəcək, lakin heç kim vətəndaşlara təzyiq etmək fikrində deyil.

“Haradasa, çox güman ki, may bayramlarından sonra referendumla bağlı məsələdə aydınlığa gələcəyik”, deyə şəhər veteranlar şurasının rəhbəri bildirib.

Məlumata qeyd edilir ki, son rəy sorğusuna görə Volqoqrad sakinlərinin əksəriyyəti şəhərin mövcud adına üstünlük verir, 18% şəhərin Stalinqrad, 5% isə inqilabdan əvvəlki adı ilə Çaitsin adlanmasını istəyir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar