Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Söyüş blogeri” İrana casusluq etdiyini etiraf etdi — Detallar

Tehranda Azərbaycan Səfirliyinə terror hücumu İran rejiminin gerçək üzünü göstərməklə yanaşı, molla rejiminə casusluq edənləri də ifşa etdi. Avropada oturub Azərbaycanı söyən “Azad söz” adlı kanalı da terror hücumuna münasibətdə iç üzünü ortaya çıxardı.

Kanalın sahib Tural Sadıqlı terror hücumundan dərhal sonra açıqlama yayaraq, İran rejimini müdafiə etməyə başladı. Hətta baş verən hücuma görə, erməni daşnaklarından da irəli gedərək, Azərbaycan dövlətini ittiham etdi. Təsəvvür etmək çətindir ki, hücuma məruz qalan Azərbaycanın Səfirliyidir, günahkar necə Azərbaycan ola bilər?!

Tural Sadıqlı bu absurd iddia ilə çıxış edir, terror hücumunu “məişəz zəminində” baş vermiş hadisə olaraq göstərməyə çalışır. Hətta iddia edir ki, terrorçunun həyat yoldaşı güya Azərbaycanda qalıb, hücum edən şəxs də səfirlikdən arvadının qaytarılmasını tələb edir. Halbuki, hücumu “məişət hadisəsi” kimi göstərməyə çalışan İran rejimi də, hücumu törədən terrorçunun özü də həyat yoldaşının Azərbaycanda yox, səfirlikdə olduğunu iddia edir.

“Roma Papasından daha çox katloliklik” edən Tural Sadıqlı isə yalanın barıtını o qədər çox edir ki, İran rejimini də, terrorçunu da yalançı çıxarır, qadının səfirlikdə yox, Azərbaycanda olduğunu deyir.

Yazdığı ssenari belədir ki, guya hücum edən terrorçunun arvadı Azərbaycanda qalıb, o da dəfələrlə səfirliyə müraciət edib ki, həyat yoldaşını geri qaytarsın, vəd verilib, ama edilmədiyi üçün hücum etmək qərarına gəlib.

Belə bir ssenari nəinki İranın molla rejimi, yaxud bu ölkənin mediasının, heç terrorçunun öz ağlına belə gəlməzdi. Tural Sadıqlı isə casusluq etdiyi molla rejimini təmizə çıxarmaq üçün elə bir uydurma ortaya atır ki, İranın da, terrorçunun da “əli üzündə” qalıb.

Əslində, bununla “Azad söz” kanalı İran rejiminə xidmət etdiyini elan etmiş oldu.(demokrat.az)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar