Rusiya Təhlükəsizlik Şurasının katibi Avropa ölkələrini xəbərdar edib ki, əgər Rusiya ilə müharibə edərlərsə, məhv olacaqlar…
Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Avropa ölkələrinin Rusiya təhdidi fonunda müdafiə xərclərini artırmalarını sərt şəkildə tənqid edib. Şoyqu bildirib ki, əgər Rusiya ilə Qərb arasında müharibə baş verərsə, Avropa ölkələri labüd şəkildə məğlub olacaqlar.
Şoyqu bu fikirləri “Kommersant”a verdiyi müsahibəsində səsləndirib. O, bu kontekstdə rus sərkərdəsi Aleksandr Suvorovun sözlərini xatırladaraq deyib: “Rus imanla, sədaqətlə və ağlı ilə fərqlənir. Bütün Avropa Rusiyaya yürüş etsə də, orada Fermont, Leonid və öz qəbrini tapacaq”.
Şoyqu vurğulayıb ki, Moskva Avropa paytaxtları ilə bərabərhüquqlu dialoqa açıqdır və Avrasiya təhlükəsizlik arxitekturası barədə danışıqlara hazırdır. Lakin Avropa İttifaqına üzv ölkələrin hakimiyyətləri hazırda “Rusiya təhdidi” bəhanəsi ilə öz vətəndaşlarının maraqlarını nəzərə almır və onların rifahını pisləşdirirlər.
Şoyquya görə, bu cür siyasət Avropada Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlıq və dinc yanaşı yaşamağı dəstəkləyən dairələrin səslərinin daha da güclənməsinə gətirib çıxara bilər. Lakin o, Avropanın sonda Rusiya ilə münasibətlərdə hansı kursu – konfrontasiya, yoxsa dialoq yolunu – seçəcəyini proqnozlaşdırmaqdan imtina edib.
Poliqon.info