Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov əmi, bibi, xala uşaqlarının nikahına kəskin qadağanı doğru saymayıb, dini nikahı müdafiə edib

Əmi, bibi, xala uşaqlarının nikahlarına qadağa qoyulması doğru addımdır, amma bunun birdən-birə qarşısını kəskin şəkildə almağı real hesab etmirəm...

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu, bizim ənənədir: “Bizim Kitabi-Dədə Qorqud dastanımız var. Biz köklərimizə istinad ediriksə, köklərimizdən birdən-birə imtina edə bilmərik. Təbliğat vasitəsilə camaatı bu ənənədən uzaqlaşdıra bilərik. Birdən-birə biz onlara bu qaydaları tətbiq edə bilmərik”.

Siyavuş Novruzov dini nikahlarla bağlı məsələyə də toxunub: “Dünyanın hər yerində bütün krallar nikaha girəndə birinci kilsəyə gedir, uşaq doğulur, birinci kilsəyə gedir. Guya biz hamıdan qabağa düşürük?! Dini nikah Allahın razılığıdır. Birinci Allah razı olmalıdır, dini nikah bağlanmalıdır, sonra rəsmi nikah”.

Qeyd edək ki, Ailə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay