Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda Əmək yarmarkası keçirilib - Fotolar

29 mart 2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşəbbüsü və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Şirvan şəhərində Əmək yarmarkası keçirilib...

Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında təşkil olunan əmək yarmarkasında Şəhər İcra Hakimiyyətinin və Məşğulluq filialının məsul şəxsləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Poliqon.info xəbər verir ki, əmək yarmarkasını giriş sözü ilə filialın əməkdaşı Xəqani Məmmədov açdıqdan sonra dövlət müstəqilliyimizin memarı Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayıb, Məşğulluq əməkdaşlarına, işəgötürənlərə və işaxtaranlara uğurlar arzulayıb. Ölkə başçısının rəhbərliyi ilə Məşğulluq Agentliyinin fəaliyyətinin genişləndirilməsi, vətəndaşların məşğulluğunun təmin olunması məqsədilə dövlət proqramlarının həyata keçirilməsindən danışıb. Əmək yarmarkasının işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə təşkil olunduğunu vurğulayıb.

Sonra Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alısoy Dövlət Məşğulluq Agentliyinin fəaliyyət istiqamətləri və layihələri barədə yarmarka iştirakçılarına məlumat verib. Əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilindən, sosial qayğıya ehtiyacı olan ailələr üçün yaradılan özünüməşğulluq imkanlarından bəhs edib.

Daha sonra tədbir iştirakçıları əmək yarmarkasında təklif olunan iş yerləri ilə tanış olublar.

Əmək yarmarkasında işaxtaranlara ümumilikdə 10 işəgötürən tərəfindən 123 vakant iş yeri təklif olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qəbul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanıb.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Ən çox oxunanalar