Cümə, 31 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şimal axını” kəmərlərini kim partladıb? – Bunu Patruşev belə bilmir…

Rusiya Təhlükəsizlik Şurasının katibi ABŞ-ın “Şimal axını”nı partlatması ilə bağlı ittihamlara reaksiya verib…

Poliqon.info TASS Agentliyinə istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev amerikalı jurnalist Seymur Herşin “Şimal axını”nda baş verən partlayışların arxasında ABŞ-ın ola biləcəyi ilə bağlı araşdırmasını şərh etməkdən imtina edib. Rusiya Təhlükəsizlik Şurasının katibi bu partlayışları kimin təşkil edə biləcəyi barədə məlumatı olmadığını bildirib.

“Məndə onu kimin partlatdığı barədə məlumat yoxdur”, deyə Patruşev jurnalistlərin sualını qlsaca cavablandırıb cavablandırıb.

Qeyd edək ki, amerikalı jurnalist Seymur Herş fevralın 8-də şəxsi saytında “Şimal axını” qaz kəmərlərinin partladılması ilə bağlı araşdırma dərc edib. Bu araşdırmada Herş iddia edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıclarının 2022-ci ilin iyununda “Baltops” təlimi pərdəsi altında Rusiyanın “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinə dənizin dibində partlayıcı qurğular yerləşdirdiriblər. Jurnalist yazır ki, belə bir sarsıdıcı qərar ancaq ABŞ prezidenti Co Bayden tərəfindən şəxsən verilə bilərdi.

Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrianne Uotson bu iddiaları tam yalan və uydurma adlandırıb.

Xatırladaq ki, Seymur Herş hüquq müdafiəçisi, Pulitzer və digər jurnalist mükafatlarının laureatı olan dünya səviyyəsində tanınan jurnalistdir. O, uzun müddət AP və UPI Agentliklərində çalışıb, The New York Times qəzetində köşə yazarı olub. Herşin The New Yorker jurnalında dərc olunan məqalələrindən dünya ilk dəfə “Əbu Qreyb” həbsxanasında ABŞ hərbçilərinin iraqlı məhbuslara qarşı vəhşi rəftarından xəbər tutub.

“Şimal axını” ilə bağlı araşdırmada Herş yeganə anonim “əməliyyat planlaşdırması haqqında bilavasitə məlumatlı mənbəyə” istinad edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Heydərovun strateji məğlubiyyəti – Bu obyektlər nazirlikdən alındı - Siyahı

İran casus şəbəkəsinə qarşı əməliyyat davam edir: Daha beş nəfər saxlanıldı - Yenilənib, Foto

Prezidentin yüksək vəzifə verdiyi Mikayılov kimdir? – Dosye

Baxmut uğrunda döyüşdə dönüş nöqtəsi – Rusiya öz gücünü itirib...

Fazil Mustafanı vuran sui-qəsdçilər niyə tutulmur? – Növbəti teraktın baş verməməsi üçün…

İran generalının ittihamı əsassızdır, gülüncdür - Müdafiə Nazirliyi  

“İstənilən deputatdan güclüyəm”- Faiq Ağayev

Zaur Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib

Prezidentin yüksək vəzifəyə təyin etdiyi şəxs kimdir? - Dosye

Cavan Zeynallının həyat yoldaşı ilbizdən vəfat edib? - Video

Ən çox oxunanalar