Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sikorski: Aİ Ukraynaya dəstəyə təxminən 200 milyard avro xərcləyib...

Polşa XİN rəhbəri bildirib ki, Trampın Ağ Evə qayıdışından sonra Ukraynanın maliyyələşdirilməsi tamamilə Avropanın üzərinə düşüb...

Avropa İttifaqı Rusiya ilə hərbi münaqişə dövründə Ukraynaya dəstək üçün ümumilikdə təxminən 200 milyard avro vəsait xərcləyib.

Poliqon xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski CBS News teleknslına müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, hazırda Ukraynanın bütün əsas ehtiyaclarının maliyyələşdirilməsi yalnız Avropa hesabına həyata keçirilir. Onun sözlərinə görə, Donald Trampın yenidən ABŞ-nin prezidenti kimi Ağ Evə qayıdışından sonra Vaşinqton bu məqsədlə vəsait ayırmağı dayandırıb.

“Biz, Avropa, Ukraynaya dəstək üçün artıq ABŞ-dən xeyli çox səy göstərmişik və indi müharibəni tam şəkildə maliyyələşdiririk. ABŞ-nin maliyyələşdirilməsi ötən ilin yanvarında başa çatdı. Biz indiyədək təxminən 200 milyard avro xərcləmişik və növbəti iki il ərzində Ukraynaya dəstək üçün əlavə 90 milyard avro ayıracağıq”, deyə Sikorski bildirib.

Eyni zamanda o qeyd edib ki, ABŞ tam kənara çəkilməyib. Sikorskinin sözlərinə görə, Vaşinqton Ukraynaya müəyyən kəşfiyyat məlumatları təqdim edir, Avropa ilə birlikdə sanksiyaların tətbiqində iştirak edir və hazırda diplomatik təşəbbüslərdə rol alır.

“ABŞ bəzi kəşfiyyat məlumatlarını təqdim edir, biz birlikdə sanksiyalar tətbiq edirik — bu, vacibdir. Bundan əlavə, ABŞ hazırda diplomatik təşəbbüsdə iştirak edir və ümid edirik ki, bu proses uğurlu olacaq”, — deyə Polşa XİN rəhbəri əlavə edib.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay