Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sığınacaq axtaranların Almaniyadan kütləvi deportasiyası gözlənilir

Keçən il Almaniyadan sığınacaq istəyən və rədd cavabı alan 12 945 nəfər deportasiya edilib...

“Ötən il Almaniyada sığınacaq axtaranların deportasiyasının təxminən üçdə ikisi uğursuzluqla nəticələnib. Hökumət qeyri-qanuni miqrasiya ilə mübarizədə daha qətiyyətlə mübarizə aparacağını bildirib. Yaşamaq icazəsi olmayanlar sürətlə deportasiya ediləcəklər”.

Bunu, “Report”un Avropa bürosunun sorğusuna Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

BAMF-dan bildirilib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyə kimi Almaniya bir milyondan çox Ukrayna vətəndaşını qəbul edib.

Ötən il federal idarəyə əsasən Suriya, Əfqanıstan və Türkiyədən 200 mindən çox insan sığınacaq üçün müraciət edib. Hökumət Ukraynadakı müharibədən qaçan qeyri-Ukrayna vətəndaşlarının deportasiya edilməsi üçün xüsusi plan üzrə işlərə başlayıb.

“Keçən il Almaniyadan sığınacaq istəyən və rədd cavabı alan 12 945 nəfər deportasiya edilib. Lakin bir çoxlarının deportasiyası uğursuz olub. Bunların əsas səbəbi deportasiya günü həmin şəxslərin yaşayış yerlərini icazəsiz tərk etmələri olub. Ölkədə məhkəmə qərarı ilə deportasiya edilməli olan 304 308 nəfər var”, - deyə, BAMF-ın məlumatında qeyd olunur.

Məlumat üçün bildirək ki, Bundestaqın ötən həftəki iclasında müxalifətdən olan deputatlar çıxışları zamanı hökuməti sərt şəkildə tənqid edərək, Almaniyanın 2016-cı ildən bəri ən pis miqrasiya böhranı yaşadığını bildiriblər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar