Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şərqdən Qərbə, Şimaldan Cənuba gedən nəqliyyat dəhlizləri türklərin əlindədir – Tokayev

Qazaxıstan prezidenti Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə türklərin geosiyasətə təsirləri barədə danışıb…

Kasım-Jomart Tokayev: “Şərqdən Qərbə, Şimaldan Cənuba gedən bütün nəqliyyat dəhlizlərinə türklər nəzarət edir”.

PİA az xəbər verir ki, belə bir bəyanatla Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çıxış edib.

Qazaxıstan prezidenti bildirib ki, hazırkı keçid dönəmində nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması, onların imkanlarından maksimum istifadə olunması çox vacibdir:

“Bizim dövlətlərimiz Qərblə Şərqi, Şimalla Cənubu birləşdirir. Ona görə də indiki keçid dövründə nəqliyyat-tranzit kommunikasiyalarının potensialının artırılması, onların imkanlarından maksimum istifadə olunması çox vacibdir. Bunun bariz nümunəsi üç qardaş dövlətin - Qazaxıstan, Azərbaycan və Türkiyənin ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu göstərmək olar. Ona görə də biz nəqliyyat və logistika sənayesinin inkişafını prioritet hesab edirik”.

Qazaxıstan prezidenti qeyd edib ki, son 15 ildə Qazaxıstan nəqliyyat-tranzit kommunikasiyalarının inkişafına 35 milyard dollar vəsait ayırıb:
“Ölkəmiz nəqliyyat marşrutlarının sayının artırılmasında və logistikanın inkişafında maraqlıdır”, deyə Qazaxıstan prezidenti vurğulayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar