Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senator: “Nəhayət, Fransa Azərbaycanı eşidəcək”

Fransa rəsmisi, nəhayət, erməni təbliğatında boğulmaq əvəzinə hər iki tərəfin versiyalarını eşidə biləcək...

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın gələn ay Azərbaycana səfəri gözlənilir. XİN başçısının Bakıda mühüm görüşlər keçirməsi planlaşdırılır. Məlumata görə, danışıqlarda Fransa-Azərbaycan münasibətləri ilə bərabər, Laçın yolundakı vəziyyət barədə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Cənubi Qafqaz səfərinə hazırlaşan Ketrin Kolonna Azərbaycanla yanaşı, Ermənistana da gedəcək.

Fransa Senatının üzvü, Fransa Parlamentində Konstitusiya hüququ, qanunvericilik, ümumi seçki hüququ və ümumi dövlət idarəçiliyi qaydaları üzrə komissiyanın sədr müavini Natali Quleni XİN başçısının Azərbaycana səfəri barədə gözləntilərini Modern.az-la bölüşüb.
Xanım senatorun sözlərinə görə, nazirin hər iki ölkəyə səfəri çox əhəmiyyətlidir.

“Fransa rəsmisi, nəhayət, erməni təbliğatında boğulmaq əvəzinə hər iki tərəfin versiyalarını eşidə biləcək. Bildirmək istəyirəm ki, Ermənistan Rusiyaya silah embarqosunu pozanda və İran İslam Respublikasına dəstək verəndə Azərbaycan Avropa və Qərbin müttəfiqi olaraq qalır. Ona görə də bu nüanslara diqqət etmək lazımdır”, - deyə Natali Qule vurğulayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar