Respublikaçıların təqdim etdiyi sənəd səkkizinci dəfə qəbul olunmayıb...
Poliqon xəbər verir ki, ABŞ Senatı respublikaçılar tərəfindən təqdim edilən hökumətin maliyyələşdirilməsinin davam etdirilməsi haqqında qanun layihəsini səkkizinci dəfə rədd edib. Layihə daha əvvəl Nümayəndələr Palatası tərəfindən təsdiqlənsə də, Senatda səs çoxluğu qazana bilməyib. Səsvermə zamanı 49 senator layihənin əleyhinə, 45 nəfər isə lehinə çıxış edib, 6 senator isə səsvermədə iştirak etməyib.
Senatda respublikaçı çoxluğun lideri Con Tun demokratları sərt tənqid edərək bildirib ki, “demokratlar sakitləşməyəcək, ta ki hərbçilərin və dövlət qulluqçularının ailələri ərzaq mağazalarında növbəyə dayanmağa və ya maaş günü kreditorlara müraciət etməyə məcbur olana qədər”.
Xatırladaq ki, ABŞ hökumətinin işi 1 oktyabrdan etibarən qismən dayandırılıb. Buna səbəb respublikaçılar və demokratlar arasında büdcə planları üzrə razılığın əldə olunmaması olub. Nəticədə təxminən 1,4 milyon dövlət qulluqçusu məzuniyyətsiz məzuniyyətə göndərilib, 4 mindən çox əməkdaş isə işdən azad olunub.
Hazırda səhiyyə işçiləri, sərhəd mühafizəçiləri və digər həyati vacib sahələrdə çalışan dövlət qulluqçuları maaş almadan işləməyə davam edirlər.
Polion.info