Bazar ertəsi, 16 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlahiyyətli nümayəndə: “Naxçıvanda struktur dəyişikliklərinin aparılması qaçılmazdır”

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir...

“Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkib hissəsidir, müəssisə və təşkilatlarımızın Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları ilə sıx işləməsi üçün struktur dəyişikliklərinin aparılması labüddür və qaçılmaz bir prosesdir”.

“Report” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Naxçıvan televiziyasına müsahibəsində deyib.

Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvanda yerləşən adekvat qurumları 4-5 parçaya bölünmüş vəziyyətdədir. Onun metodiki bazası demək olar ki, mövcud deyil. Burada struktur vahidlərinin bəziləri natamamdır. Maddi-texniki baza isə demək olar ki, tam formalaşmış vəziyyətdə deyil. Ona görə də, bu gün muxtar respublikada gördüyünüz kimi struktur islahatları tam sürətlə davam edir. Əvvəlcədən elan etdiyimiz kimi, şəffaflıq və peşəkarlıq əsas prinsiplərimizdən biridir. Ona görə də, bu tələblərə cavab verməyən, bu tələbləri qarşılaya bilməyən struktur rəhbərləri də vəzifələri ilə vidalaşmalı oldular. Onlarla nazirlik, komitə, idarələrin rəhbərləri novator, enerjili, peşəkar və şəffaf mühitdə işləməyi bacaran kadrlarla əvəzləndi”, - F.Nəcəfli bildirib.

Poliqon.info


Etiket: Naxçıvan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel döyüşlərinə görə qovulan generalla bağlı qərar

Hüququ bitirən şəxs mərc oyunlarına görə özünü asdı - Foto

İlham Əliyev "Formula-1"in prezidenti və baş icraçı direktorunu qəbul edib - Yenilənib

İlqar Mikayıloğlu efirdə “Türkiyə gözəli”ni təhqir etdi

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar - Yenilənib

İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib - Yenilənib

23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv olunub

Bakının erməni-bolşevik işğalından azad olunmasından 106 il ötür

Bild: Kiyev münaqişənin müvəqqəti dondurulmasına hazırdır

Azərbaycan Qran-prisi: "Formula 2"də qalib bəlli olub - Yenilənib

Ən çox oxunanalar