Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəhid Fərhad Atakişiyev anılıb

Bu gün Birinci Qarabağ müharibəsinin şəhidi - “Azərbaycan Bayrağı” ordenli Fərhad Rəhman oğlu Atakişiyevin anım günüdür...

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, bununla bağlı Ağcabədi rayon Üzeyir qəbiristanlığında şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə şəhidin ailə üzvləri ilə yanaşı, yaxınları və QHT nümayəndələri də iştirak ediblər.

Onlar F.Atakişiyevin keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Şəhidin qardaşı Elxan Atakişiyev deyib ki, Fərhad barəsində danışmaq həm çətin, həm də qürurvericidir: “Qardaşım 1992-ci ilin qışında bir qrup azərbaycanlı döyüşçü ilə birgə saylarının az olmasına baxmayaraq, erməni və rus hərbi birləşmələrinin kəndimizə hücumunu dəf etmək üçün düşmənə çox güclü və sarsıdıcı zərbələr vurublar. Təbii ki, təpədən dırnağa qədər silahlanan düşmənə ov tüfəngi ilə müqavimət göstərmək, mübarizə aparmaq elə də asan bir iş olmayıb. Qardaşımın və döyüş yoldaşlarının bunu bacarması məni qürurlandırır. Kərkicahan qəsəbəsinin 316 evdən çıxan igid qəhrəmanlardan birinin mənim qardaşım olması bizə fərəh və qürur hissi yaşadır. Yaralı halda əsirlikdə olduğu müddət ərzində qardaşım düşmən qarşısında əyilməyib”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bir zamanlar əməkdaşı olan Altay Səfərov şəhidin anım günündə iştirak edib.

O, işlədiyi müddətdə təmsil etdiyi qurumun düşmən əlində olan soydaşlarımızla bağlı məlumatlar toplayan zaman əsirlikdə olduğu müddətdə Fərhad Atakişiyevin xüsusi amansızlıqla qətlə yetirildiyi barədə məlumatlar əldə etdiklərini bildirib: “İş əsnasında biz kollektiv olaraq Fərhad Atakişiyevin erməni əsirliyində olarkən göstərdiyi qəhrəmanlıq faktlarını aşkarladıq. Bu fakt şahid ifadələrində də öz əksini tapıb. Erməni əsirliyində olanda Fərhaddan “Qarabağ ermənilərindir” sözlərini deməsinə təkid ediblər. Əksinə, Fərhad “Qarabağ Azərbaycanındır” söyləmişdi. Fərhad bunu söylədikdən sonra ermənilər onu amansız işgəncələrə məruz qoyublar. Onun cəsədi geri alınarkən Fərhadın bədənində 72 bir-birini təkrar etməyən işgəncə növləri aşkarlanıb. Bu da onun hansı qəddarlıqla qətlə yetirildiyini deməyə əsas verir”.

Xatırladaq ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olmuş Fərhad Atakişiyev bir aya yaxın erməni əsirliyində qalıb. 1992-ci il yanvarın 28-də nəşi alınan Fərhad Atakişiyev Ağcabədi rayon Üzeyir qəbiristanlığında dəfn edilib. O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra baş çavuş hərbi rütbəsi və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Anım mərasiminin sonunda şəhidin ailə üzvlərinə “Dədə Qorqud” milli fondunun təsis etdiyi “Vətən övladı” medalı verilib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar