Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şanlı Qələbə dahi intellektin nəticəsidir

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə paytaxt rayonularının orta məktəb şagirdləri arasında “Müdrik siyasət - Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinə yekun vurulmuşdur. Əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı qələbəsinin təbliği, eləcə də böyüməkdə olan gənc nəsildə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanması, onlar arasında vətənpərvərlik ruhunun təbliğ olunması istiqamətində görülən işlərin daha da genişləndirilməsi olan müsabiqə 2 mərhələdən ibarət olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən PİA.az-a verilən məlumata görə Bakı Şəhər İcra Hakimiyyətində təşkil edilən elmi konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Təhsil Nazirinin müavini Firidun Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun icraçı direktoru Cəbi Bəhrəmov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞİH-də yeni yaradılmış Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, müsabiqənin Bakı şəhər turunun qalibləri seçilmiş şagirdlər iştirak ediblər.

Eyni zamanda video formatında konfransa digər iştirakçı şagirdlər, paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul əməkdaşları, qalib şagirdlərin elmi rəhbərləri və onların təhsil aldıqları məktəblərin rəhbərləri də qoşulmuşlar.
Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qonaqları salamlayaraq bildirmişdir ki, uzun illərdir ki, erməni millətçiləri Azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı soyqırımı siyasəti aparıblar. Əgər 2 əsr əvvəl İrəvan xanlığının 70 faizi, Zəngəzurun böyük hissəsi Azərbaycanlılardan ibarət idisə, indi həmin torpaqlarda bir nəfər də olsun Azərbycanlı qalmayıb. Bu siyasətin davamı olaraq ötən əsrin 90-cı illərində torpaqlarımızın 20 faizi işğal edilib.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə qüdrətli iqtisadiyyat və bu iqtisadi baza üzərində güclü ordu yaradılıb. Beynəlxalq münasibətlər və informasiya sahəsində böyük uğurlar əldə edilib. Bunun nəticəsində müharibədə şanlı Qələbə qazanılıb və torpaqlarımız işğaldan azad edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə son əsrlərdə Azərbaycanın ilk hərbi qələbəsidir. Bütün bunlar ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik siyasət sayəsində əldə olunub. Bu da tarixdə şəxsiyyət fenomenini bir daha sübut edir.

Digər çıxışçılar da müsabiqənin əhəmiyyətini qeyd edərək Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulamışlar. Qeyd edilmişdir ki, paytaxt rayonlarında keçirilən birinci mərhələdə 12 rayon üzrə 316 orta təhsil müəssisəsindən 1879 şagird iştirak edib, onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. Ilkin müsabiqələrdə 125 şagird birinci mərhələnin qalibi adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqə komissiyası tərəfindən rayon qalibləri arasından xüsusi fərqlənən 33 nəfər şagird Bakı şəhər mərhələsinə iştirak üçün vəsiqə qazanıb və onlar Bakı şəhəri üzrə keçirilən yekun mərhələdə müsabiqənin qalibi elan ediliblər.
Qalib məktəblilərin çıxışlarından sonra bu referatların Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən kitab şəklində çap ediləcəyi bildirilmişdir.

Fotolar

pia.az

 



 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar