Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sanksiya bol olarsa... - Etibar Cəbrayıloğlu yazır

İki həftədən çoxdur Ukrayna dirəniş göstərir. Döyüş səngərində, diplomatiya cəbhəsində rəsmi Kiyevin əzmini qiymətləndirməmək mümkün deyil.

SSRİ-nin paltarını tam boyuna biçən Rusiya “Xüsusi əməliyyat” bəhanəsi ilə Ukraynaya qarşı amansız müharibə aparır. Krımı, Donbası, Luqanskı “özəlləşdirən” Kremldəkilər gündə bir neçə dəfə and-aman edirlər ki, bizim Ukraynaya qarşı heç bir pis niyyətimiz yoxdur. Həyatını itirən qocalara, günahsız körpələrə, yurd-yuvasından didərgin düşən insanlara, dağılan şəhərlərə görə də narahat olmağa dəyməz, çünki Rusiya müharibə aparmaq fikrində deyil, sadəcə “Mosfilm” təzə film çəkir. Yəni mane olmayın, imkan verin kinomuzu çəkək...

Amerika Birləşmiş Ştatları da Avropa ölkələri ilə birləşərək sevincdən rəqs edirlər. Arada fasilə götürüb Rusiyaya sanksiyalar göndərirlər. Dünən axşam oturub Rusiyaya qarşı tətbiq edilən sanksiyaları bir-bir saymaq istədim, amma 22-ci dəqiqədə haqq-hesabı itirdim. Belə getsə Putingilə yeyib-içməyi, geyinməyi, hətta yatıb-durmağı da qadağan edəcəklər.

Xalq şairi, rəhmətlik Xəlil Rza Uluturk demişkən, mən Ali Baş komandan olsam, olmasam belə... Mən də təcavüzə məruz qalan Ukraynanın yanında olduğumu bildirmək üçün Rusiyaya qarşı bəzi sanksiyalar qəbul etmək məcburiyyətində qaldım. Düzdür, nə Amerikayam, nə Böyük Britaniya, nə Yaponiya. Nə gizlədim, heç Malta da deyiləm. Topum yox, topxanam yox, özüm də bir həsirəm, bir Məmmədnəsir. Amma fərd olaraq da Rusiyanın işğalçılıq hərəkətlərinə etiraz edə bilərəm. Məsələn...

Böyük rus yazıçısı, jurnalisti Mixayıl Saltıkov-Şedrinin əsərlərini çox bəyənirdim, xüsusi ilə Ezop üslubunda yazdıqları xoşuma gəlirdi. Qərara aldım ki, bundan sonra ancaq Saltıkovu oxuyum, necə deyərlər, Şedrinə qarşı sanksiya tətbiq edirəm.

Rus yazıçıları, şairləri Qafqaz xalqlarının həyatından maraqlı əsərlər yaradıblar. Dekabristlər üsyanına görə cəzalanaraq Qafqaza göndərilən Bestujev-Marlinskinin “Molla Nur” povesti də belə gözəl əsərlərdəndir. Rəhmətlik Tofiq Rüstəmovun tərcümə etdiyi bu əsəri dəfələrlə oxumağa dəyər. Amma fikrim qətidir, Bestujevin yaradıcılığı ilə maraqlanacam, Marlinskiyə qarşı sanksiya tətbiq etməli oldum.

Rusiya Ukraynada başladığı bu müharibəni dayandırmayana və qoşunlarını geri çəkməyənə qədər böyük rus bəstəkarı Rimski-Korsakovun “Çar Soltan haqqında nağıl”, “Sadko”, “Motsart və Salyeri” operalarının ancaq bir hissəsinə, yəni Rimskinin bəstələdiyi hissəyə tamaşa edəcəyəm. Kəsəsi, Korsakov düşdü sanksiya altına.

Milli teatr sənətimiz AvropaRusiyadan bəhrələnərək inkişaf edib, xüsusi ilə rus teatrının bu məsələdə əvəzsiz rolu olub, bunu inkar etməyin, gizlətməyin yeri yoxdur. Özümüz bir deyəndə beş də Stanislavski-Nemiroviç-Dançenko sistemindən danışmışıq. Daha qurtardı, şəxsən mən Stanislavskini qoyuram bir kənara, onunla bir işim yox, amma Nemiroviçə sanksiya tətbiq edirəm, danışanda ancaq Dançenkonun adını çəkəcəm.

Sankt-Peterburq şəhərində bir xeyli dost-tanışım var. Xeyli tərəddüddən sonra bu şəhərin adı məsələsinə də yenidən baxdım və qəti qərara gəldim ki, yalnız Sanktda olan dostlarımla əlaqə saxlayım, Peterburqa sanksiya tətbiq edim.

Rostov-na Donu şəhərinə getməyimi təxirə salıram, çox vacib bir iş çıxsa onda da ancaq şəhərin Rostov tərəfinə gedəcəm.

Evdəkilərə də qəti tapşırıq verdim, eşidib-bilsəm ki, kimsə Andrey Mixalkov-Konçalovskinin filmlərinə baxıb, məndən inciməsin. Yalnız bir şərtlə baxmaq olar, o da ancaq Andrey Mixalkov çəkən hissələrinə, necə deyərlər, Konçalovski düşdü sanksiya altına.

Bilirəm, bəzilərinə bu sanksiyalarım qəribə görünə bilər. Hələ mən Kremlin rəsmi reaksiyasını demirəm... Amma nə etmək olar, mənim də Rusiyanın Ukraynada başladığı amansız müharibəyə etiraz üsulum belədir də...

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Sanksiya bol olarsa... - Etibar Cəbrayıloğlu yazır

Həftəmizin Siyavuşu... - Etibar Cəbrayıloğlu yazır

Xəbəri ver xəbərçiyə və ya Əliyevçilərin yubileyi

Vicdanın taleyi - Etibar Cəbrayıloğlunun yazısı...

Etiraf igidin yaraşığıdır - Etibar Cəbrayıloğlu yazır

Politoloq: Biz bu cinayətkarları əməkdaşlığa cəlb edirik...

Ən çox oxunanalar