Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi

Bu gün “Heydər Əliyev İli” çərçivəsində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda elmi praktiki konfrans keçirilib.

Poliqon.info xəbər verir ki, konfransda rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru, professor Əlikram Abdullayev, professor İsaxan Vəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və  ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransda çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, azərbaycançılıq məfkurəsinin yaranması və müstəqil Azərbaycan dövlətinin əsas ideologiyasına çevrilməsinin Heydər Əliyevin adı ilə bağlı olmasını bildirib. 

Heydər Əliyev elm və təhsilin qüdrətli hamisi”  mövzusunda  çıxış edən  Milli Məclisin deputatı Tamam Cəfərova ümummilli lider Heydər Əliyevin respublikamızda elm və təhsilin inkişafı istiqamətində  gördüyü  işlərdən, milli kadr potensialının hazırlanmasındakı xidmətlərindən danışıb.

Konfransda digər çıxış edənlər professor Əlikram Abdullayev və professor İsaxan Vəliyev Ulu Öndər Heydər Əliyev müasir azərbaycançılıq ideologiyasının – dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi olmasından, azərbaycançılıq ideologiyası məhz Ulu Öndərin dövründə həqiqi siyasi-ideoloji məzmun alaraq mükəmməl bir təlimə çevrildiyindən və müstəqil dövlət ideologiyası səviyyəsinə qaldırılmasından geniş söhbət açıblar.

Konfransda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

(Qafqazinfo)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar