Bazar ertəsi, 20 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sabahdan Azərbaycanda bəzi səhm və istiqrazlar üzrə gəlirlər vergidən azad ediləcək

Sabahdan Azərbaycanda 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad ediləcək...

"Report" xəbər verir ki, bununla bağlı ötən il Vergi Məcəlləsinə edilmiş dəyişikliklər qüvvəyə minir, kapital bazarında vergi rejimi dəyişir.

Vergi güzəştinin məqsədi qiymətli kağızların kütləvi təklif üsulu ilə fond birjasında yerləşdirilməsinin stimullaşdırılması və tənzimlənən bazarda qiymətli kağızlara marağın artırılmasıdır.

Digər dəyişiklik istiqrazlar üzrə ödənilən diskont və faiz gəlirlərindən verginin hesablanması qaydasının qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması və əsas meyar kimi istiqraz mülkiyyətiçisinin həmin istiqraza malik olduğu günlərin sayının nəzərə alınmasıdır. Bu dəyişiklik istiqrazlar üzrə diskont və faiz gəlirlərindən formalaşan vergi yükünü optimallaşdırmaqla investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini stimullaşdıracaq. Eyni zamanda hüquqi şəxslərin istiqrazlar üzrə əldə etdiyi faiz gəlirlərini ödəmə mənbəyində deyil, ümumi mənfəətdə bəyan etməsi və vergi ödəməsi müəyyən edilib.

Azərbaycan Mərkəzi Bankında hesab edirlər ki, bu dəyişikliklərin tətbiqi nəticəsində investisiya qiymətli kağızları olan səhm və istiqrazların kütləvi təklif üsulu ilə yerləşdirilməsinə və emitentlərin fond birjasında listinqə çıxışına maraq artacaq. Dəyişikliklər birjadankənar bazarın kiçilməsi və fond birjasında bağlanan əqdlərin sayının artması fonunda bazarın şəffaflığının yüksəlməsinə və investorların kapital bazarında iştirak imkanlarının genişləndirilməsinə əhəmiyyətli töhfə verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı DİN-in sensasiyalı əməliyyatı... - Səsi Ukraynadan gəlir + Foto

Qadın alt paltarına sevgilsinin şəklini çəkdi, bunu görən əri... - Tovuzda şok olay

Mahir Emreli Azərbaycan millisindən kənarlaşdırılıb

Müharibə Ukrayna banklarının “sərvətini” 35 dəfə artırıb

Türkiyədə dəhşətli zəlzələ anının yeni görüntüləri yayıldı - Video

Füzuli şəhəri necə inşa ediləcək? - Açıqlama

Rusiya şəhərində fövqəladə vəziyyət elan edildi

İran KİV-dən hakimiyyətə çağırış: “Sağ qalmağınızı istəyirsinizsə, siyasətinizi dəyişin”

"2014-cü ildə hipersəs silahlarımız yox idi, indi var"" - Putin

Ən çox oxunanalar