Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rüşvətə görə tutulan dekana cəza verildi

Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun cinayət işi üzrə məhkəmə iclası baş çatıb...

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il sınaq müddəti ilə şərti hesab edilib. Famil Nəsibov barəsində əsas qətimkan tədbiri qismində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib və həmin əsas qətimkan tədbiri vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri ilə birlikdə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin sabiq fakültə dekanı Famil Nəsibovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb. İbtidai istintaq zamanı Famil Nəsibovun qeyd olunan vəzifədə işləyərkən rəhbərlik etdiyi fakültədə keçirilən dərslərdə iştirak etməyən tələbələrin imtahanlara buraxılması, onlara məqbul qiymətlərin yazılması və digər güzəştlərin edilməsi müqabilində ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Famil Nəsibova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barəsində əsas qətimkan tədbiri qismində ev dustaqlığı, əlavə qətimkan tədbiri qismində isə vəzifədən kənarlaşdırma seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Poliqon.info


Etiket: rüşvət dekan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Xankəndiyə ilk investisiyaların həcmi açıqlanıb

Ən çox oxunanalar