Cümə axşamı, 30 Mart 2023
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusların Ukrayna ilə müharibədən gözləntiləri... - Araşdırma

Rusların böyük əksəriyyəti Ukraynadakı hərbi münaqişənin 2025-ci ilə qədər bitəcəyinə inanır…

Rusların böyük əksəriyyəti - 86%-i əmindir ki, Ukraynada hərbi münaqişə yaxın iki il ərzində bitəcək.

PİA.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzetinin istinad etdiyi “Poliloq” konsaltinq qrupunun “Xüsusi hərbi əməliyyatın başa çatmasının görüntüləri rusların şüurunda” adlı araşdırmasında deyilir.

Müharibələrin mümkün müddəti ilə bağlı fikirlər bölünüb:

45% - altı aydan bir ilə qədər;
28% - bir ildən iki ilədək;
13% - altı aydan az.

Respondentlərin yalnız 8%-i hərbi qarşıdurmanın müddətinin 3-5 il olacağını bildirib, 5%-dən az hissəsi isə bunun 5 ildən çox vaxt aparacağını gözləyir.

Respondentlərin 70%-i hesab edir ki, hərbi münaqişə Krımın və LDXR, eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyanın tərkibində saxlanılması ilə başa çatacaq. Bununla yanaşı, respondentlərin 32%-i düşünürlər ki, gələcəkdə Moskva Ukraynadan yeni əraziləri ilhaq etməyə qərar verəcək. Eyni zamanda, 9% ilhaq edilmiş bütün ərazilərin Kiyevin nəzarəti altına qayıtmasını təklif edib.

Sorğu iştirakçılarının 52%-dən çoxu hesab edir ki, hərbi münaqişə Rusiyanın maraqlarına uyğun olaraq Ukraynada rejimin dəyişdirilməsi ilə başa çatacaq. Eyni zamanda, 38% döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna dövlətinin demilitarizasiya olunacağına əmin olduğunu bildirib. 77% isə Ukraynada döyüşlərin dayandırılmasından sonra Rusiyanın beynəlxalq nüfuzunun güclənəcəyinə inanır.

Hərbi münaqişənin başa çatmasından sonra ilk iki ildə Rusiyanın taleyinin necə olacağı ilə bağlı sualı cavablandıran respondentlərin 45%-i hər hansı xüsusi dəyişiklik gözləmədiklərini bildirib. Digər 33% isə Rusiya hökumətində əsaslı kadr dəyişikliklərinin olacağını güman edir. Eyni zamanda, respondentlərin 54%-nin fikrincə, hərbi əməliyyatların nəticələrinə görə, Rusiya cəmiyyəti birləşəcək. 59% Rusiyanın “dost olmayan ölkələr”lə münasibətləri bərpa edəcəyini gözləyir.

Bundan əlavə, 34% rusların həyat səviyyəsinin hərbi münaqişə bitdikdən sonra dəyişməyəcəyinə əmindir, 29% isə onun pisləşəcəyini, 23% artım proqnozlaşdırır. Respondentlərin yarıdan çoxu (61%) anti-Rusiya sanksiyalarının ölkə iqtisadiyyatına xeyir verdiyini, 38%-i isə sanksiyaların mənfi təsirini qeyd edib.

Ruslara görə münaqişənin sona çatması üçün üç ssenari

Tədqiqatın nəticələrinə görə, “Poliloq” konsaltinq qrupu “xüsusi hərbi əməliyyatı başa çatdırmağın üç yolunu” müəyyənləşdiriB.

Birinci ssenari “Qeyri-şərtsiz Qələbə” adlanır.Bu ssenariyə görə hərbi münaqişə bir ildən çox davam eyməyəcək. Ukraynanın demilitarizasiyası, Moskvanın maraqlarına uyğun olaraq Ukrayna hakimiyyətinin dəyişdirilməsi və hərbi əməliyyatlar zamanı Rusiyanın nəzarəti altına aldığı bütün ərazilərin qorunub saxlanılması ilə müharibə başa çatacaq.

Bundan əlavə, bu ssenariyə Rusiya cəmiyyətinin konsolidasiyası, həyat səviyyəsinin qorunması, Rusiyanın beynəlxalq nüfuzunun artması və iqtisadiyyatın güclənməsi daxildir.

İkinci ssenari “Neytral Ukrayna və Rusiyanın yeni əraziləri” adlanır. Bu ssenaridə hərbi əməliyyatlar 1-2 il davam edəcək, Ukrayna neytral statusunu möhkəmləndirəcək, Rusiya isə yeni əraziləri ilhaq edəcək.

Üçüncü ssenari hərbi münaqişənin üç ildən artıq davam edəcəyini və Ukraynanın Avropa İttifaqı və NATO-ya daxil olması ilə başa çatacağını, həmçinin Kiyevin nəzarətində olan əraziləri geri qaytaracağını nəzərdə tutur.

Eyni zamanda, “Poliloq” un mütəxəssisləri tərəfindən gəlinən nəticə belədir ki, ruslar arasında ən populyar ssenari “şərtsiz qələbə” versiyasıdır.

Tərcümə PİA.az-a aiddir

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fazil Mustafa ikinci dəfə əməliyyat olunub- Yenilənib, Video

Ermənistan İran PUA-ları üçün hava məkanını açdı...- Bölgədə yeni müharibə?

2023-cü ildə bəxtləri ən çox gətirəcək 5 bürc

Bu avtomobillərin Azərbaycana gətirilməsinə icazə verilməyəcək

Yüz il qoşa atılan zərlər niyə qoşa düşmür? - “Dünya sənin, dünya mənim”in hekayəsi

Baş Narkotiklərlə Mübarizə İdarəsində yeni təyinat olub

"Siz Nailə İslamzadə, Leyla Quliyeva deyilsiniz" - Nazilədən Rövşanəyə

Prezidentin köməkçisi Fazil Mustafanı ziyarət edib

Prezident İlham Əliyev Fazil Mustafaya qarşı terror aktı ilə bağlı hüquq-mühafizə orqanlarına göstəriş verib

Cəlilabadın sabiq icra başçısının cəzası azaldılıb

Ən çox oxunanalar