Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın vurduğu “Patriot”a minimal ziyan dəyib...

ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksi Rusiya hərbçilərinin raket hücumu nəticəsində cüzi ziyan görüb...

Poliqon xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN ABŞ hakimiyyətinin adlarını açıqlamayan nümayəndələrinə istinadən məlumat yayıb. Telekanalı Rusiyanın raket hücumundan sonra “Patriot” hava hücumundan müdafiə sistemlərinə minimal ziyan dəydiyini bildirib.

“Çərşənbə axşamı səhər Rusiyanın Kiyev yaxınlığındakı raket hücumundan sonra Patriot hava hücumundan müdafiə sisteminin vurduğu zərər minimal olub”, deyə üç ABŞ rəsmisi CNN-ə bildirib. Mənbələr sistemin zədəsini “cüzi” adlandırıb.

Bir gün əvvəl ABŞ zədələnmiş “Patriot” hava hücumundan müdafiə sistemini yoxlamaq üçün Ukraynaya mütəxəssislər göndərib. “Onlar bildiriblər ki, kompleks hələ də işləyir və onun ən vacib elementlərdən biri olan radarı zədələnməyib. ABŞ hakimiyyəti "Patriot"un təmir üçün münaqişə zonasından çıxarılmasına ehtiyac olduğunu düşünmür”, deyə CNN bildirib.

CNN-in məlumatına görə, ümumilikdə Ukraynada iki “Patriot” hava hücumundan müdafiə sistemi var – biri ABŞ-dan, ikincisi Almaniya və Hollandiya tərəfindən birgə göndərilib. İki kompleksdən hansının təsirləndiyi məlum deyil.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyi 5 “Patriot” qurğusunun sıradan çıxarılması ilə bağlı məlumat yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar