Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiyanın Vardanyanla bağlı ikinci planı var” - Politoloq

Hələ də Qarabağda qalan Vardanyan dialoq təklifinin səsləndiyi gün Azərbaycanın ünvanına növbəti hədyanlar səsləndirdi...

Tural İsmayılov: “Vardanyanın ortalıqda qalan adam kimi hansısa açıqlamalarını ciddiyə almaq lazım deyil”.

Rusiya hələ də Xankəndidən böyük bir biabırçılığa məruz qalmış Ruben Vardanyanı Nikol Paşinyana rəqib kimi Ermənistan ictimai-siyasi arenasında önə sürə bilər”.

Bu sözləri politoloq Tural İsmayılov Vardanyanın Azərbaycanın ünvanına növbəti hədyanlar səsləndirməsini Poliqon.info-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi rəsmi Bakı növbəti dəfə xoş məram göstərərək, Qarabağdakı erməni icmasını dialoqa çağırdı. Bakının təkidli tələblərindən sonra isə “vəzifəsi”dən qovulan, lakin hələ də Qarabağda qalan Vardanyan dialoq təklifinin səsləndiyi gün və ondan sonrakı günlərdə Azərbaycanın ünvanına növbəti hədyanlar səsləndirməkdə davam edir.

Vardanyanın hələ də Qarabağda qalması nədən xəbər verir? Bu o deməkdir ki, Rusiya hələ də hansısa bir yolla “Vardanyan planı”nı reallaşdırmağa çalışır?

Rusiyanın növbəti “Vardanyan planı”nını Poliqon.info-nun əməkdaşı politoloq Tural İsmayılov ilə müzakirə edib.

Tural İsmayılov: “Hesab etmirəm ki, Rusiya hal-hazırda Qarabağdakı seperatçılar üzərində Vardanyan planını yenidən işə salır”.

“Nəzərə almaq lazımdır ki, Qarabağdakı erməni icmasının dialoqa gəlməsi üçün Azərbaycan dəfələrlə çağırılaraq edib. Lakin bu çağırışlara baxmayaraq Ruben Vardanyanların, yaxud da hansısa seperatçı tör-töküntülərinin bu gün Azərbaycan əleyhinə hansısa fikirlər səsləndirmələrinin heç bir əsası yoxdur. Vardanyanı Azərbaycan hər bir mənada biabır edib. Ruben başqa bir missiya üçün Rusiya tərəfindən Xankəndinə göndərilsə də, ölkəmizin diplomatik səyləri nəticəsində “vəzifəsi”dən qovuldu.

Buna görə də Vardanyanın ortalıqda qalan adam kimi hansısa açıqlamalarını ciddiyə almaq lazım deyil. Ruben Vardanyanın Xankəndi və ətrafında yaşayan ermənilərə heç bir aidiyyəti yoxdur. Ümumiyyətlə, bu adamın erməni icması ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Qarabağda yaşayan Azərbaycan vətəndaşı olmalı olan ermənilər də bu məsələnin fərqindədir.

Tural İsmayılov: “Rubenyanın hansısa bir formada Rusiyanın siyasi istəklərinə, əmrlərinə və arzularına boyun əyməkdən başqa heç bir yolu qalmayıb”.

Hesab edirəm ki, Rusiyanın Vardanyanla bağlı ikinci planı var və bunu yerinə yetirmir çalışacaqlar. Bu da ondan ibarətdir ki, artıq Xankəndidən böyük bir biabırçılığa məruz qalmış Ruben Vardanyanı Nikol Paşinyana rəqib kimi Ermənistan ictimai-siyasi arenasında önə sürə bilərlər.

Nəzərə almaq lazımdır ki, Ruben Vardanyan işlədiyi cinayətlər və qeyri-leqal fəaliyyəti ilə Rusiya qarşısında müəyyən öhdəliklər götürən adamdır. Onun hansısa bir formada Rusiyanın siyasi istəklərinə, əmrlərinə və arzularına boyun əyməkdən başqa heç bir yolu qalmayıb. Hesab etmirəm ki, Rusiya hal-hazırda Qarabağdakı seperatçılar üzərində Vardanyan planını yenidən işə salır. Rusiyanın Vardanyanla bağlı indi əsas hədəfi Ermənistanda Nikol Paşinyana qarşı radikal cəbhəni formalaşdırmaq və həmin cəbhənin rəhbərliyinə Ruben Vardanyanı gətirərək Rusiyanın mərkəzində yeni bir müqavimət hərəkatı yaratmaqdır. Amma Ermənistan xalqının Vardanyana münasibəti birmənalı olmadığı üçün bu layihə uğursuzluğa düçar olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar