Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Vardanyan planı davam edir? - Arutunyanın niyə indiki həlledici məqamda istefaya məcbur edilir?

Dünən separatçıların qondarma “parlament”inin “sədri” Araik Arutunyanın istefasını tələb edib...

Politoloq: “Rusiya bu məsələni manipulyasiya edir. Moskva Qarabağda seperatçı ünsürlər arasında belə bir ajiotaj yaratmaqla diqqətləri onların üstünə yönəltmək istəyir”.

Rusiya ordusu da Qarabağdan çıxarılmalıdır. Bu bizim əsas planlarımızın tərkib hissəsi olmalıdır”.

Bu sözləri politoloq Samir Hümbətov Araik Arutunyanın istefasının tələb edilməsi ilə bağlı xəbəri Poliqon-a şərh edərkən qeyd edib.

Dünən separatçıların qondarma “parlament”inin “sədri” Araik Arutunyanın istefasını tələb edib. Maraqlıdır ki, hələ mayın 13-də erməni mətbuatı Arutunyanın istefaya hazırlaşdığını yazıb.

Arutunyanın indiki həlledici məqamda istefa verməsini necə dəyərləndirmək olar? Bu Rusiyanın Vardanyan planının davamı ola bilərmi? Ümumiyyətlə, yaxın zamanlarda Vardanyanın Arutunyanı əvəz etmək ehtimalı varmı və bu ümumi sülh prosesinə necə təsir edə bilər?

Seperatçılar arasında baş verənləri Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətovla müzakirə edib.

Samir Hümbətov: “Moskva Qarabağda seperatçı ünsürlər arasında belə bir ajiotaj yaratmaqla diqqətləri onların üstünə yönəltmək istəyir”.

Vardanyanın Arutunyanı əvəz etməsinin bizim üçün prioritet olmadığını vurğulayan politoloq Poliqon-bildirib ki, bizim üçün əsas olan Ermənistanla sülh müqaviləsinin imzalanmasından və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçir:

“Araik Arutunyanın istefası yazması ilə bağlı qondarma “parlament” tərəfindən bəyanatın səsləndirilməsi ilə bağlı informasiya yayılmışdı. Amma maraqlıdır ki, bu məlumat Vaşinqton və Brüssel görüşləri ərəfəsinə təsadüf etdi. Bu da o deməkdir ki, Rusiya seperatçılar arasında yenidən gərginliyi artırmaqla fikirləri, diqqətləri oraya çəkmək istəyir. Məncə əsas məsələ budur.

Vardanyanın Arutunyanı əvəz etməsi bizim üçün prioritet deyil. Bizim üçün əsas olan Ermənistanla sülh müqaviləsinin imzalanmasından və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından keçir. Əgər bu baş verəcəksə, Qarabağda olan seperatçıların qalıqları orada avtomatik təmizlənəcəklər.

Samir Hümbətov: “Sülh prosesinə Vardanyanın, Arutunyanın hər hansı bir hərəkəti təsir etmir”.

Əslində, bur növ Rusiya bu məsələni manipulyasiya edir. Moskva Qarabağda seperatçı ünsürlər arasında belə bir ajiotaj yaratmaqla diqqətləri onların üstünə yönəltmək istəyir. Amma biz ora köklənməməliyik. Bizim üçün önəmli olan Vardanyan və Arutunyan deyil. Azərbaycan Paşinyanla müqavilə bağlayıb, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır. İkinci mərhələdə isə seperatçı ünsürləri Qarabağdan tamamilə çıxarmaq lazımdır. Təbii ki, Rusiya ordusu da Qarabağdan çıxarılmalıdır. Bu bizim əsas planlarımızın tərkib hissəsi olmalıdır.

Məncə, sülh prosesinə Vardanyanın, Arutunyanın hər hansı bir hərəkəti təsir etmir. Azərbaycan sülh danışıqları prosesini seperatçılarla deyil, birbaşa Ermənistanla aparır. Buna görə də orada baş verən hadisələrin Ermənistan-Azərbaycan münasibətlərinə təsiri olmayacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar