Bazar, 01 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın nüvə təhdidləri: Taktiki nüvə müharibəsi qələbəyə yol aça bilərmi?..

Rusiyanın 1900-dən çox taktiki nüvə silahı var ki, bu da ABŞ-dan təxminən on dəfə çoxdur...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg-in şərhçisi Andreas Klutun Agentlik üçün yazdığı məqalədə bildirilir.

ABŞ-la SSRİ arasında imzalanmış nüvə müqaviləsinin məhdudiyyətləri yalnız uzaqmənzilli raketlərə şamil edilirdi. Klut qeyd edir ki. bu müqavilədən çıxdıqdan sonra Putin məhz bu silahla dünyanı şantaj edir.

“Görünür ki, Putin “məhdud” nüvə müharibəsinin olmasını onun ordusunun aşkar edilmiş çatışmazlıqlarını kompensasiya edə biləcəyinə inanır. Və görünür ki, Rusiya lideri hesab edir ki, Moskvanın taktiki döyüş başlıqlarından istifadə etməsi ABŞ-ın nüvə cavab zərbələri endirə biləcəyi “xətti yuyub” aparacaq”, deyə Klut yazır.

Müəllif qeyd edir ki, ilk baxışdan, ABŞ nüvə arsenalının davam edən modernləşdirilməsinin bir hissəsi kimi bu boşluğu aradan qaldırmağa çalışmalıdır. Lakin ABŞ-ın növbəti on il ərzində nüvə qüvvələrini təkmilləşdirmək üçün xərcləyəcəyi 756 milyard dollardan yalnız 6 milyard dolları taktiki silahlara, cəmi 3 milyard dolları isə onların modernləşdirilməsinə yönəldiləcək.

Klut hesab edir ki, taktiki nüvə zərbələrinin mübadiləsi heç bir münaqişənin gedişatını çox dəyişməyəcək. Bu onu deməyə əsas verir ki, ABŞ-ın artıq Putinin təcavüzü və nüvə bəyanatları kimi vəziyyətlər üçün uyğun strategiyası var.

“Hazırda yeni silahlanma yarışı gedir ki, bu da uzunmüddətli mənzərəni daha da mürəkkəbləşdirir. Çin 410-a yaxın döyüş başlığına malikdir və bu onillikdə öz arsenalını tez bir zamanda 1000-ə çatdırmağı planlaşdırır və əsas məqsəd ABŞRusiya ilə paritetə nail olmaqdır. Çinin ambisiyaları şeytani silahlara nəzarəti çətinləşdirir”, deyə Klut yazır.

ABŞ Rusiya, Çin və ya hər hansı digər ölkə ilə danışıqlara həmişə açıq olduğunu bildirməlidir. Vaxt keçdikcə Moskva və digər ölkələrlə danışıqlar nüvə silahlarının qlobal dondurulmasına və son nəticədə hətta qadağan edilməsinə gətirib çıxara bilər”, deyə Klut fikrini yekunlaşdırır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gündə 1 stəkan sarıköklü su için - İnanılmaz faydaları

Qayınata toy günü bəyi bir yumruqla yerə sərdi - Video

Məzahir Pənahov Xankəndidə yaşayan erməniəsilli vətəndaşların necə səs verəcəyinə aydınlıq gətirib

Paşinyan: Azərbaycan Prezidenti ilə şəxsi görüşə hazıram

Ermənistanda AES enerji sisteminə qoşulub - Yenilənib

Baku TV: Dövlətə xəyanətdə ittiham olunan Bəhruz Səmədov Ermənistana hansı məlumatları ötürüb? - Video

Paşinyan: Qarabağ məsələsi Ermənistana təsir alətinə çevrildi

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Ən çox oxunanalar