Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın hələ uçmayan "Chekmate" qırıcısı Türkiyənin "Akıncı" zərbə PUA-sını "vurur" - "ROSTEX" bununla nə demək istəyir?

Rusiyanın “Rostex” korporasiyasının bir müddət əvvəl açıqladığı və “Suxoy” konstruktor bürosu tərəfindən hazırlanan Su-75 “Chekmate” (Şah və mat) qırıcı təyyarə modeli (hələlik bu təyyarə ancaq modeldən ibarətdir və onun uçan versiyasının 2023-cü ildə hazır olacağı gözlənilir, - red.) ilk dəfə iki il əvvəl Dubay aviaşousunda təqdim edilib. Və neçə vaxtdır Rusiya hərbi sənayesinin möcüzəvi döyüş maşını kimi təbliğ edilən bu təyyarə-modellə bağlı “Rostex” dövlət korporasiyası animasiya roliki yayıb. Həmin rolikdə Su-75 hava döyüşündə Türkiyənin silahlanmaya yeni daxil etdiyi “Bayraktar Akıncı” döyüş pilotsuz təyyarəsini “vurur”.

Rolikdə göstərilir ki, Su-75 öz döyüş imkanlarına görə ABŞ-ın F-35 qırıcılarından üstündür və ümumiyyətlə, havada ona rəqib yoxdur.

Müqayisə üçün qeyd edək ki, “Chekmate” qırıcısı hələ maket halındadır və havaya qalxmayıb, təyyarənin uçan versiyası hələ hazır deyil. Amma 8 ədəd “hava-yer” və “hava-hava” tipli (MAM-C, MAM-L, MAM-T, "Gökdoğan", "Bozdoğan") raketlər, 1 ədəd “SOM” qanadlı raketi daşımağa qadir olan “Akıncı” artıq havalardadır və Türkiyə ordusunun silahlanmasına daxil edilib. Bu ilin avqustunda ilk 3 “Akıncı” döyüş PUA-sının silahlanmaya qəbul edilməsi münasibətləri təntənəli mərasim keçirilib.

Bəs nədən Rusiya korporasiyası bu təyyarənin reklam rolikində məhz Türkiyə zərbə PUA-sını “hədəf alır”? Türkiyə mediası yazır ki, görünür Rusiya “Bayraktar TB2” zərbə dronlarının Suriya, Liviya və Azərbaycanda rus silahlarını, o cümlədən ən yeni radioelektron mübarizə sistemlərini məhv etməsindən yaranan zədəni yaşamaqda davam edir.

Xatırladaq ki, 44 günlük Qarabağ müharibəsində “Bayraktar TB2” Rusiyanın Ermənistan ordusuna verdiyi zenit-raket komplekslərini, o cümlədən S-300 komplekslərini, radioelektron mübarizə sistemlərini və çoxsaylı zirehli texnikanı məhv edib. Qarabağ müharibəsindən sonra Rusiya Müdafiə Nazirliyi hərbi sənaye müəssisələri qarşısında həm ordunun ehtiyacları üçün təcili qaydada zərbə dronları və digər PUA-ların hazırlanmasını sürətləndirmək, həm PUA-lara qarşı mübarizə vasitələrini təkmilləşdirmək vəzifəsi qoyub.

Bir neçə ay əvvəl isə Rusiyanın “Kalaşnikov” korporasiyasının törəmə müəssisəsi olan “Zala Aero Group” şirkəti özünün “Lanset” kamikadze-dronlarının təqdimat videorolikində bu dronların havada “Bayraktar TB2”-ni hədəf aldığını göstərmişdi. Bu animasiya Rusiyanın “Bayraktar”lara cavabı kimi qarşılanmışdı və xarici mediada geniş müzakirə edilmişdi.

Ardınca isə Türkiyənin “ROKETSAN” şirkəti “Akıncı” zərbə pilotsuz təyyarəsinin bu şirkətin istehsal etdiyi MAM-T ağıllı döyüş sursatı ilə 30 kilometr məsafədən Rusiyanın istehsalı olan “Pantsir” zenit kompleksini necə məhv etdiyinə dair animasiya yaydı. Məsələ bundadır ki, Rusiya “Pantsir” zenit kompleksini PUA-lara, o cümlədən “Bayraktar”lara qarşı özünün “ən effektli silahı” kimi geniş reklam etməyə çalışır. Lakin “ROKETSAN”ın ağıllı döyüş sursatı həmin kompleksi onun əhatə dairəsinə daxil olmadan, kifayət qədər uzaq məsafədən vura bilər və bu da Türkiyə şirkətinin “animasiya müharibəsində” Rusiyaya tutarlı cavabı idi.

Rusiya şirkəti "Lanset" adlı kamikadze-dronunun tanıtım rolikində "Bayraktar TB2" döyüş PUA-sını "vurur"...

Türkiyənin "ROKETSAN" şirkəti "cavab zərbəsi endirir": şirkətin istehsal etdiyi və döyüş sınaqları uğurla başa çatdırılan MAM-T ağıllı döyüş sursatı 30 kilometr məsafədən "Pantsir" zenit kompleksini "məhv edir"...(virtualaz.org)

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar